Icma.az
close
up
RU
“Ukrayna bataqlığına düşmüş Rusiyanın bu münaqişədən...” Politoloq

“Ukrayna bataqlığına düşmüş Rusiyanın bu münaqişədən...” Politoloq

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“ABŞ-nin Venesuela prezidenti Nikolas Moduranın həbs edilməsi istiqamətində atdığı addımlar və Monro doktrinasına faktiki qayıdışı Rusiyada bəzi dairələri “həvəsləndirib”. Rusiyada hesab edənlər var ki, yaranmış geosiyasi şəraitdən istifadə edərək Cənubi Qafqaz və Mərkəzi Asiyada “xüsusi əməliyyatlar” keçirilməli və bu regionlar yenidən nəzarət altına alınmalıdır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, lakin nəzərə almaq lazımdır ki, ABŞ-nin başlatdığı bu proses ilk növbədə Rusiya, İran və Çinin strateji baxımdan zəiflədilməsinə hesablanıb:

“Bu ssenari ilk olaraq Ukraynada tətbiq olundu. Rusiya Ukraynaya hücum etməklə özünü uzunmüddətli strateji çökmə tələsinə saldı. Artıq dörd ilə yaxındır ki, Rusiya Donbasın inzibati sərhədlərinə tam çıxmaq iqtidarında deyil. Ordusu Kupyansk və Pokrovsk istiqamətlərində ciddi itkilərə məruz qalır. Bu şəraitdə Rusiyada növbəti hərbi əməliyyatlara başlamaq çağırışları səsləndirilir. Lakin haqlı sual yaranır: bunu hansı ordu ilə edəcəklər? Üstəlik, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ötən əsrin 1920-ci illərinin zəif və institutsuz dövlətləri deyil. Bu ölkələr müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində öz yeri olan subyektlərdir”. 

Politoloq deyib ki, Rusiyanın tanınmış telejurnalisti Vladimir Solovyovun qonşu ölkələrə qarşı “xüsusi əməliyyatlar”la bağlı açıqlamaları Moskvanın qonşuları ilə münasibətlərində etimadı faktiki olaraq sıfırlayır:

“Bu cür ritorika Rusiyanı təhlükəsizlik təminatçısı yox, risk mənbəyi kimi təqdim edir. ABŞ Venesuela və digər regionlarda Rusiyanın beynəlxalq güc kimi mövqelənmək cəhdlərinin qarşısını almaqla, Moskvanı daxili problemlərə fokuslanmağa məcbur edir. İranda baş verən proseslərin növbəti mərhələdə Rusiyanın özündə baş verməsi də istisna edilmir. Ukrayna bataqlığına düşmüş Rusiyanın bu münaqişədən “təmiz çıxması” real görünmür. Bataqlığa saplanmış bir dövlətin təsir dairəsini genişləndirmək məqsədilə yeni hərbi əməliyyatlara başlaması faktiki olaraq siyasi intihardır. Mövcud şərtlər daxilində Rusiyanın fövqəldövlət statusunu bərpa etməsi real görünmür. Yeni dünya siyasi nizamında əsas və həlledici güc kimi ABŞ qalmaqdadır. Məhz Rusiya və Çinin fövqəldövlət olmaq və öz ambisiyalarını genişləndirmək cəhdləri fonunda beynəlxalq siyasi və təhlükəsizlik sistemində ciddi böhran yaranıb. ABŞ isə pozulmuş qlobal nizamı öz maraqları çərçivəsində yenidən formalaşdırmağa çalışır. Bu kontekstdə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlığının dərinləşməsi ölkəmizin təhlükəsizliyinin və suverenliyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri