Icma.az
close
up
RU
Bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır Arşın mal alan a kim erməni pyesi demişdi?

Bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır Arşın mal alan a kim erməni pyesi demişdi?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Kamil Şahverdinin "Müslüm Maqomayevin "Arşın mal alan" erməni dilində” məqaləsi" adlı yazısını təqdim edir.

1919-cu il 8 fevral tarixində "Azərbaycan" qəzetinin rus dilində nəşr olunan versiyasının 29-cu nömrəsində görkəmli bəstəkar, dirijor, musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan maarifçi, təşkilatçı, Üzeyir bəy Hacıbəylinin yaxın silahdaşı Müslüm bəy Maqomayevin sizə təqdim olunan məqaləsi haqqında məlumatım olsa da, tam şəkildə əldə edə bilməmişdim. Bu yaxınlarda hörmətli tarixçi alimimiz Solmaz xanım Rüstəmova-Tohidi həmin qəzetdə çıxan Müslüm Maqomayevin çox qiymətli tarixi məqaləsinin foto-surətini mənə göndərdi və illərlə davam edən axtarışlarıma son qoydu. Mən hələ 1990-cı illərin ortalarından "Arşın mal alan" əsəri ilə bağlı istər Azərbaycan mətbuatında, istərsə də bir çox xarici ölkə mətbuatında məqalələr, araşdırma yazılarla çıxış etmişəm. Müslüm Maqomayevin məqaləsindən sitatlar gətirmişəm. Bu gün Solmaz xanım Rüstəmova-Tohidinin sayəsində ilk dəfə olaraq həmin məqaləni tam şəkildə (ruscadan tərcümə edərək) sizə təqdim etməkdən qürur duyuram.

Üzeyir bəylə Müslüm bəy yeniyetmə yaşlarından, Qori Müəllimlər seminariyasında tanış olublar. Eyni ildə, eyni ayda, eyni gündə (18 sentyabr 1885) doğulan gənclərin ilk tanışlığı ömürlərinin sonuna qədər davam edən möhkəm dostluğa çevrilir. Sonralar Məleykə və Badigülcamal bacıları ilə ailə qurub qohum olan Üzeyir bəy və Müslüm bəy əqidə dostu, silahdaş kimi min bir əziyyətlə birgə çalışıb musiqi mədəniyyətimizin yeni inkişaf yolunda yorulmadan, çəkinmədən birlikdə addımlayıblar.

Müslüm Maqomayevin "Arşın mal alan" əsərinə qarşı olan hörmətsizliyə qarşı üsyanı heç də təsadüfi deyil. Çünki, bu əsərin səhnə həyatına məhz Müslüm Maqomayev vəsiqə vermişdi. Üzeyir bəy 1913-cü ildə Sankt-Peterburqda təhsil aldığı müddətdə 1913-cü il avqustun 7-də dostu Müslüm bəyə yazdığı məktubda qeyd edir:

"Əzizim Müslüm!

Sükut etməyimin səbəbi, çox məşğul olmağımdır, demək olar ki, səhərdən gecəyarısınadək işləyirəm. Əvvəli qarşıdakı imtahanlara hazırlaşıram, ikincisi, operetta yazıram, özü də müvəffəqiyyətli olacaqdır, Allah qoysa, vaxtında sənə göndərərəm..."

Çox keçmədən Bakıda nəşr olunan "İqbal", "Sədayi həqq" və digər qəzetlərdə 25 oktyabr 1913-cü ildə Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" adlı yeni operettasının Tağıyev teatrında oynanılacağı haqqında məlumatlar dərc olunur. Tarixdən də bildiyimiz kimi, əsəri tamaşaya rejissor Hüseynqulu Sarabski, dirijor Müslüm Maqomayev hazırlayır. "Arşın mal alan" ilk tamaşasından böyük populyarlıq qazandı və sürətlə müxtəlif dillərə tərcümə olunaraq Bakıda, Tiflisdə, Rusiyanın müxtəlif şəhərlərində, Türküstanda, Türkiyədə, İranda uğurla səhnələşdirildi. 1915-1916-cı illərdə Bakıda və Tiflisdə elə olurdu ki, əsər eyni gündə müxtəlif teatrlarda 3-4 dildə oynanılırdı. Hamısı da anşlaqla keçirdi. Əsəri oynamaq üçün Bakıda, Tiflisdə, Rusiyada, Türkiyədə onlarla erməni truppası yaranmışdı və bu truppalar yavaş-yavaş "Arşın mal alan"ı erməniləşdirmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Bu, çox geniş mövzudur və mən bu haqda xeyli sayda material toplamışam. Yaxın zamanlarda bu mövzu ilə bağlı topladığım zəngin materialları kitab kimi nəşr etməyi düşünürəm. "Arşın mal alan" əsərinin hələ 1916-cı ildə Amerika səhnələrinə qədər gedib çıxması mədəniyyət tariximizin parlaq səhifələridir. Ona görə də Müslüm Maqomayevin bu məqaləsi olduqca qiymətli tarixi dəyərə malikdir.

Bu gün hər iki böyük sənətkarın 140 illik yubileyində onların xatirəsi önündə dərin ehtiramla baş əyirik.

"Arşın mal alan" erməni dilində

(Resenziya əvəzi)

Fevralın 4-də Hökumət teatrında (Mailov teatrı) erməni artistləri tərəfindən müsəlman bəstəkarı Ü. b. Hacıbəyovun tanınmış "Arşın mal alan" operettası səhnələşdirilmişdi. Bilmirəm, operettanın bu şəkildə oynanması müəllifə məlumdurmu? Düşünürəm ki, həm əsərin, həm də əsərdə qabardılan adət və ənənələrin belə rüsvayçı şəklə salınmasına son qoymaq vaxtı gəlib çatmışdır.

Əvvəla, üçüncü pərdədə orijinaldan heç bir motiv yoxdur, əyər iki mahnı oxunursa, o da təhrif olunmuş şəkildə. Digərləri isə ordan-burdan yığılmadır. Fikrimcə, bu, yolverilməzdir. Mən soruşdum ki, nə üçün əsəri orijinalda olduğu kimi oynamırsınız? Cavab verdilər ki, həmişə belə oynayıblar və yenidən öyrənib dəyişə bilməzlər(?!). Bilmirəm, bu nə qədər inandırıcıdır, ancaq onu bilirəm ki, bu onlar üçün olduqca tipikdir.

Rejissurada rolların ifasında elə hoqqabazlıqlara (tryuklara) yol verilmişdir ki, bunlar həm əsərin, həm də onun daşıdığı ideyanın təhqir olunması dərəcəsinə çatmışdır. Misal üçün, qulluqçu Vəli birinci dəfə Soltan bəyin zəngin bəzədilmiş otağına gələndə öz palçıqlı çarıqlarını çıxarıb kreslonun üstünə qoya bilməz axı. Bu nə deməkdir? Onun Soltan bəyin dizlərini qucaqlaması nə deməkdir? Sonuncu minor triosunda Asiyanın rəqsi nə deməkdir?.. Bu, hədəfdən yayınmaq deyil, bu, qərəzli təhqirdir. Hər şey əlavə gülüş yaradılmasına qurban verilmişdi. Dünənki oyunbazlıqları görəndə mən qeyri-ixtiyari keçən il "Forum" sinematoqrafında bu populyar operettanın adı ilə göstərilən eybəcərlikləri xatırladım. Mən qeyri-ixtiyari Tiflisdə "Arşın mal alan" operettasının motivləri" adı ilə bu gün çap olunan o notları da xatırladım; mən qeyri-ixtiyari erməni truppasının Vladiqafqazda əsərin müəllifi haqqında bircə söz belə yazılmayan afişanı xatırladım; mən qeyri-ixtiyari tanınmış erməni xadiminin mənə "Arşın mal alan"nın qədim erməni (?!) pyesi olmasını və hətta Türkiyədə çoxdan səhnələrdə oynandığını sübut etməyə çalışmasını xatırladım; mən qeyri-ixtiyari Hacıbəyovun əsərlərinin bütün qrammafon istismarını xatırladım...

Bütün bu rüsvayçılıqlara artıq son qoymaq vaxtıdır. Əgər kimsə əsəri götürüb tərcümədə göstərmək istəyirsə, onda onu orijinalda olduğu kimi göstərməyə borcludur. Rejissura quruluşun daha yaxşı olmasına xidmət etməlidir, nəzarət etməlidir ki, artistlər həqiqətən, real tipajlar yaratsınlar, klounluğa, oyunbazlığa yer olmamalıdır.

Müslümbəy.

8 fevral 1919-cu il.

"Azerbaydjan" qəzeti №29

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi? İspaniya İsrailə görə Avroviziyadan imtina edə bilər Venesiyada "Səssiz dost" filmi "Qızıl Aslan"a namizəd oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Sentyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri