Icma.az
close
up
RU
“Bu, sağlam qalmağın əsas şərtlərindəndir” Endokrinoloq Jalə Oqtayzadə

“Bu, sağlam qalmağın əsas şərtlərindəndir” Endokrinoloq Jalə Oqtayzadə

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Referans” Bayıl filialının baş həkimi, endokrinoloq dr. Jalə Oqtayzadə hormon sisteminin sağlamlığı, diabet, tiroid xəstəlikləri, polikistik yumurtalıq sindromu və digər aktual endokrin problemlərlə bağlı sualları cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Endokrin sistem nədir və bu sistemdə problem yarananda nə baş verir?

- Endokrin sistem insan bədənində hormonlar vasitəsilə orqan və toxumaların fəaliyyətini tənzimləyən həyati əhəmiyyətli bir sistemdir. Bu sistemə hipofiz vəzi, qalxanabənzər vəzi, böyrəküstü vəzilər, mədəaltı vəzi və cinsiyyət vəziləri daxildir. Endokrin sistem maddələr mübadiləsi, böyümə, inkişaf, stressə cavab və reproduktiv funksiyaların idarə olunmasında mühüm rol oynayır. Əgər hormon balansı pozularsa, bu zaman diabet, qalxanabənzər vəzi xəstəlikləri, sonsuzluq, depressiya və osteoporoz kimi ciddi sağlamlıq problemləri yarana bilər. Endokrin pozuntular vaxtında aşkarlanmadıqda bədənin bütün sistemlərinə zərər verə bilər.

- Diabetin müalicəsində ən son hansı üsullar və yanaşmalar mövcuddur?

- Diabetin müalicəsində artıq yalnız qandakı şəkəri salan dərmanlar deyil, həm də ürək və böyrəkləri qoruyan preparatlardan istifadə olunur. Bu yanaşma xəstənin ümumi sağlamlığını daha yaxşı qorumağa imkan verir. Eyni zamanda texnologiyada da mühüm irəliləyişlər müşahidə olunur – məsələn, qanda şəkəri daim izləyən kiçik cihazlar və insulin verən nasoslar xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Diabetin müalicəsi fərdi şəkildə aparılır, yəni həkimlər xəstənin yaşı, çəkisi və yanaşı xəstəliklərini nəzərə alaraq müalicə planı hazırlayırlar.

- Tiroid problemlərini necə başa düşmək olar və bu problemlər necə müalicə olunur?

- Tiroid vəzi boynun ön hissəsində yerləşən kiçik bir vəzidir, lakin bədənin enerji səviyyəsi, maddələr mübadiləsi və ümumi sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Tiroid hormonlarının çox ifraz olunması (hipertiroidizm) və ya az ifraz olunması (hipotiroidizm) bir sıra əlamətlərlə özünü büruzə verir. Bu əlamətlərə yorğunluq, arıqlama və ya kökəlmə, saç tökülməsi, əsəbilik və digər dəyişikliklər daxildir. Bundan əlavə, qalxanabənzər vəzidə düyünlər əmələ gələ bilər və bu düyünlər xoşxassəli və ya bədxassəli ola bilər. Onları ayırd etmək üçün biopsiya müayinəsi aparılır. Təəssüf ki, son dövrlərdə elektron cihazlara meyilliliyin artması səbəbindən uşaqlarda da bədxassəli düyünlərin sayı artmaqdadır.

- Polikistik yumurtalıq sindromu hormonlara necə təsir edir?

- Polikistik yumurtalıq sindromu (PCOS) qadınlarda ən çox rast gəlinən hormonal pozuntulardan biridir. Bu zaman qadının yumurtalıqlarında çoxlu sayda kiçik kistalar əmələ gəlir, lakin əsas problem hormon balansının pozulması ilə bağlıdır. PCOS aybaşı gecikməsi və ya ümumiyyətlə olmaması, dəridə ağrılı sızanaqların yaranması, üzdə və bədəndə tüklənmə, saç tökülməsi, çəki artımı və sonsuzluq kimi əlamətlərlə müşayiət olunur. Bu sindrom müalicə olunmadıqda gələcəkdə yumurtalıq xərçəngi riskini artıra bilər.

- Testosteron səviyyəsinin yüksək və ya aşağı olmasının sağlamlığa hansı təsirləri var?

- Testosteron həm kişilərdə, həm də qadınlarda mövcud olan hormondur. Kişilərdə əsas kişi hormonu hesab olunur, qadınlarda isə daha az miqdarda olur. Bu hormonun səviyyəsi normadan yüksək və ya aşağı olduqda orqanizmdə bir sıra dəyişikliklər baş verir. Testosteron səviyyəsinin azalması yorğunluq, enerji çatışmazlığı, cinsi istəkdə azalma, ereksiya problemləri, əzələ kütləsində azalma, depressiya, osteoporoz və konsentrasiya pozğunluğu kimi əlamətlərlə müşahidə olunur. Bu hallar hər iki cinsdə rast gəlinə bilər.

- Endokrin xəstəliklərin genetik səbəbləri ola bilərmi və hansı testlər faydalıdır?

- Bəli, bir çox endokrin xəstəliklərin genetik səbəbləri ola bilər. Bu o deməkdir ki, bu xəstəliklər ailədən keçə və irsi ola bilər. Əgər ailədə şəkərli diabet, tiroid, böyrəküstü vəzi və ya cinsiyyət hormonları ilə bağlı problemlər varsa, həmin şəxslərdə də bu xəstəliklərə meyl daha yüksək olur. Tip 1 və Tip 2 diabet, Haşimoto tiroiditi və ailəvi qalxanabənzər vəzi düyünləri və ya xərçəngləri genetik meyillilik göstərən xəstəliklər sırasındadır. Bu xəstəlikləri aşkar etmək üçün genetik testlər, antikor analizləri, ultrasəs və laborator müayinələr istifadə olunur. Ailəsində bu xəstəliklərə rast gəlinən və ya qeyri-adi simptomları olan şəxslər mütləq şəkildə genetik məsləhət almalı və müvafiq testləri etdirməlidirlər.

- Hormonal terapiya riskləri varmı?

- Hormonal terapiya bədənin hormon balansını bərpa etmək və ya tənzimləmək məqsədilə istifadə olunan bir müalicə üsuludur. Bu müalicə adətən hormon çatışmazlığı və ya artıq hormon ifrazı hallarında tətbiq olunur. Xüsusilə menopauza dövründə olan qadınlar, tiroid xəstəlikləri, polikistik yumurtalıq sindromu (PCOS), bəzi reproduktiv problemlər və bəzi növ xərçənglər üçün hormonal terapiyadan istifadə edilir. Lakin hormonal terapiya uzun müddət istifadə edildikdə ürək-damar sistemi üçün risklər yarada bilər. Bu səbəbdən terapiya yalnız həkim nəzarəti altında və fərdi qiymətləndirmə əsasında tətbiq olunmalıdır.

- Diabet və tiroid xəstəliklərindən qorunmaq üçün hansı pəhriz və həyat tərzi dəyişiklikləri etməliyik?

- Diabet və tiroid xəstəliklərindən qorunmaq üçün sağlam qidalanma və düzgün həyat tərzi vacibdir. Şəkər və işlənmiş qidalardan uzaq durmaq, liflə zəngin qidaları (meyvə, tərəvəz, tam taxıl məhsulları) menyuya daxil etmək, gün ərzində ən az 30 dəqiqə fiziki aktivliklə məşğul olmaq və siqaret, alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Bu vərdişlər hormonal tarazlığı qorumağa kömək edir və metabolik xəstəliklərin qarşısını alır.

- Endokrin problemlərini həll etmək, ümumilikdə sağlamlığı qorumaq üçün nə kimi gündəlik vərdişlərə diqqət etməliyik?

- Endokrin sağlamlığı qorumaq üçün müntəzəm tibbi yoxlanışlardan keçmək, sağlam və balanslı qidalanmaq, şəkər və ağ un məhsullarından uzaq durmaq, hər gün aktiv həyat tərzi sürmək, stressi idarə etmək və kifayət qədər yuxu almaq vacibdir. Həmçinin, siqaret və alkoqol kimi vərdişlər hormon balansını poza bilər, bu səbəbdən bu vərdişlərdən çəkinmək məsləhətdir. Hormon səviyyələrini mütəmadi olaraq yoxlatdırmaq və erkən diaqnostika üçün həkimlə daimi əlaqədə olmaq sağlam qalmağın əsas şərtlərindəndir.

İnstaqram

“Referans”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see323

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see185

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see142

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see141

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see132

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see130

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see128

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see124

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see122

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see120

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see118

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see118

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri