Icma.az
close
up
RU
Bu saziş Orta Dəhliz anlayışını yaşıl enerji sahəsində də genişləndirəcək Cabbarov

Bu saziş Orta Dəhliz anlayışını yaşıl enerji sahəsində də genişləndirəcək Cabbarov

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan “yaşıl enerji” sahəsində liderə çevrilməyi qarşısına məqsəd qoyub.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

“Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq və bərpa olunan enerji potensialını inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atmağı planlaşdırır. Biz, 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq və enerji sistemimizi şaxələndirərək “yaşıl enerji” sahəsində lider olmağı hədəfləyirik”, - deyə o vurğulayıb.

M. Cabbarov, ötən gün Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzaladıqlarını xatırladıb: “Bu, təkcə bərpa olunan və ümumi enerji sistemlərimizi birləşdirməyəcək, həm də Orta Dəhliz anlayışının Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpa olunan enerjinin Azərbaycana potensial ixracını da əhatə edərək genişlənməsini təmin edəcək. Eyni zamanda, Azərbaycan Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanla birgə Qara dəniz vasitəsilə bərpa olunan “yaşıl enerji”ni Avropa bazarlarına çatdıracaq oxşar bir layihəni həyata keçirir. Biz bu sahədə yalnız çalışmırıq, fəaliyyətlərimizi əlaqələndirməyə səy göstəririk”.

Nazir qeyd edib ki, İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı haqqında Bakı Bəyannaməsi, CAREC regionunda sosial, iqtisadi və ekoloji sahələrdə əməkdaşlıq üçün yeni platforma yaradacaq: “Bu bəyannamə ticarət təşəbbüslərini, süni intellekt tətbiqlərini, iqlim dəyişikliyinin azaldılması və adaptasiya tədbirlərini dəstəkləyəcək. Bu çoxşaxəli yanaşmalar yeni “yaşıl prinsiplərin” qəbulunu asanlaşdıracaq, iqlim və ticarət üzrə dialoqu gücləndirəcək və regional, sərhədyanı layihələrin inkişafına təkan verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://publika.az
archiveBu xəbər 14 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri