Icma.az
close
up
RU
Bu sənəd Ermənistana yeni problemlər yaradacaq Tofiq Zülfüqarov

Bu sənəd Ermənistana yeni problemlər yaradacaq Tofiq Zülfüqarov

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan Respublikası ilə ABŞ arasında yanvarın 14-də imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq müvafiq komissiya yaradılıb. Komissiya iqtisadi, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət, inklüzivlik məsələləri üzrə çalışacaq.

Dövlət katibi Antoni Blinken bəyan edib ki, ABŞ-dan sərhəd mühafizəsi üzrə xüsusi qrup Ermənistana gedəcək. O qeyd edib ki, xüsusi qrup birgə sərhəd təhlükəsizliyi istiqamətində iş aparacaq, təhlükəsizlik istiqamətində müvafiq işləri gücləndirəcək. Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sazişinin imzalanması mərasimində bildirib ki, “Qartal tərəfdaşı” formatı çərçivəsində əməkdaşlıq davam edəcək.

O, sərhəd mühafizəsi üzrə xüsusi qrupun nə işlər görəcəyini və hansı istiqamətdə yerləşdiriləcəyini açıqlamayıb. 

İrəvan və Vaşinqton həmçinin nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başlandığını elan edib.
Xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Ermənistan İŞİD ilə mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulmaq niyyətindədir. 

Maraqlıdır ki, İran Prezidenti Məsud Pezeşkian bu yaxınlarda Rusiyaya səfər edəcək. Səfər zamanı regional məsələlər müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında strateji müttəfiqlik barədə sənədin imzalanması gözlənilir.

Bəs ard-arda atılan bu təzadlı addımlar Azərbaycana nələr vəd edirmi? Cənubi Qafqazda nə baş verir?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, Ermənistanla ABŞ arasında imzalanan sənədin icrası çətin prosesdir:

“Uzun müddət Ermənistanın ABŞ-la təhlükəsizlik və müdafiə sahəsinə aid əməkdaşlığı olmayıb. ABŞ bu ölkəni Rusiyanın müttəfiqi kimi qəbul edib. Real olaraq Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Ona görə də, ABŞ və Qərb ölkələri Ermənistanla bu sahədə əməkdaşlıq etmirlər. Amma Azərbaycanla ABŞ arasında təhlükəsizlik sahəsində genişlənmiş dialoq 25 ildən çoxdur ki, mövcuddur. Bu çərçivədə ABŞ Azərbaycanla bir sıra təhlükəsizlik layihələri həyata keçirib. Bu layihələr sərhəddə və Xəzərdə təhlükəsizlik məsələlərində özünü büruzə verib. Bayden administrasiyası belə qərara gəlib ki, Ermənistanla hər hansı şəkildə təhlükəzilik və əməkdaşlığa yol verilsin. Ermənistan tərəfi az qala göstərməyə çalışır ki, ABŞ onların müttəfiqidir. Amma bu, belə deyil.  Çünki bu sənədə qəribə şəraitdə qol çəkilib. Səlahiyyəti bitən administrasiya formal olaraq hansısa sənədə qol çəkir. Görünür, Bayden administrasiyası Tramp administrasiyasına qarşı belə bir addım atmaq qərarına gəlib. Bu sənədə qol çəkilməsi Ermənistana yeni problemlər yaradacaq, ən azı Tramp administrasiyası tərəfindən. Çünki bəllidir ki, bu, demonstrativ şəkildə Trampa siyasi zərbədir. Bu baxımdan başa düşmürəm ki, şərhçilərimiz nəyə görə ermənilərin təbliğat tezislərini tirajlayırlar. Bu sənəd Ermənistana Azərbaycanla hansısa səviyyəyə çıxmağa imkan verdi. Amma onun icrası çox böyük sual altındadır. Çünki praktiki olaraq, Ermənistan hələ də Rusiyanın hərbi müttəfiqi olaraq, qalır”.

Sabiq nazir sabah Rusiya ilə İran arasında imzalanacaq strateji müttəfiqlik barədə sənəd haqda da danışıb:

“Doğrusu mən İranla Rusiya arasında imzalanacaq strateji müttəfiqlik barədə sənədə də çox böyük önəm verməyin tərəfdarı deyiləm. Çünki həm İranın indiki administrasiyası, həm də Rusiya rəhbərliyi bu addımı məhz Trampın səlahiyyətə gəlməsi ərəfəsində atırlar. Əminəm ki, hər iki tərəf Trampla danışıqlarda, siyasi alverdə bundan istifadə edəcəklər. Çünki hamı başa düşür ki, söz sahibi ABŞ-dir. Həm İranın, həm də Rusiyanın Tramp administrasiyası ilə təmasları mövcud idi. İndi isə təzə təmaslara hazırlaşarkən həm İran, həm də Rusiya “güc” faktorunu nümayiş etdirmək niyyətindədir. Təbii ki,  siyasi alverdə qurban verilən elə ilk bu sənəd olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri