Icma.az
close
up
RU
Bu sənəti seçənlərin işi daim olacaq Ekspert

Bu sənəti seçənlərin işi daim olacaq Ekspert

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək bazarı hər bir ölkənin iqtisadi inkişafını və əmək resurslarının istiqamətini əks etdirən əsas göstəricilərdən biridir. Azərbaycanda da son illərdə baş verən iqtisadi dəyişikliklər, rəqəmsallaşmanın genişlənməsi və xidmət sektorunun sürətli inkişafı işəgötürənlərin tələblərini xeyli dəyişib. Bu proses nəticəsində bəzi peşələrə ehtiyac artarkən, digərlərinin çəkisi nisbətən azalıb. Məhz bu səbəbdən əmək bazarında hansı sahələrin daha çox tələb olunduğu məsələsi həm iş axtaranlar, həm də karyera planlaması edən gənclər üçün aktuallığını qoruyur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, hal-hazırda ölkəmizdə əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri pedaqoji ixtisaslar, səhiyyə ixtisasları, o cümlədən iqtisadi ixtisaslardır:
"Həmçinin idman və kənd təsərrüfatı yönümlü ixtisaslara da tələbat mövcuddur. Mövcud vəziyyətdə bu sahələrə daha çox ehtiyac duyulur.Sonrakı sırada informasiya texnologiyaları, yəni kompüter elmləri ilə bağlı sahələr gəlir. Buna görə də abituriyentlər daha çox bu istiqamətlər üzrə təhsil alarlarsa, əmək bazarında daha asan iş həyatına başlaya bilərlər və əmək münasibətlərində özlərini daha rahat hiss edə bilərlər.
Müvafiq olaraq I, II, III, IV və V ixtisas qruplarında qeyd olunan və adları çəkilən ixtisaslara müraciət son illərdə ümumilikdə artıb. Təsadüfi deyil ki, məsələn, iqtisadi ixtisaslar üzrə bu il 2000-dən çox abituriyent qəbul olmaq üçün müraciət edib. Birinci qrup üzrə də 1000-dən çox artım müşahidə olunub. Bütün bunlar göstərir ki, məhz bu sahələrə və qeyd olunan ixtisas istiqamətlərinə əmək bazarında tələbat yüksəkdir",- deyə o qeyd edib.
Yəni, əmək bazarında iş tapmaq problem xarakteri almasın deyə abituriyentlər və tələbələr seçim edərkən daha çox pedaqogika, tibb, iqtisadiyyat və İT sahələrinə üstünlük verməlidirlər, çünki hazırda şirkətlər və dövlət qurumları ən çox bu sahənin kadrlarını axtarır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri