Icma.az
close
up
RU
Bu şəxslər aeroportlarda VİP salonlarından istifadə edə bilər SİYAHI

Bu şəxslər aeroportlarda VİP salonlarından istifadə edə bilər SİYAHI

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aeroportlarda VİP salonlarından istifadə etmək hüququ olan şəxslərin siyahısı genişləndirilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edib.
Bu siyahıya Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan  Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri, Azərbaycan  Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini” sözləri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini əlavə edilib.
Bəs, Azərbaycan Respublikasının hava limanlarında daha kimlər VİP-dən istifadə edə bilər?
Aeroportlarda VİP-dən istifadə hüququ Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilib. Qərara əsasən aşağıdakı vəzifəli şəxslər VİP-lərdən istifadə edə bilər:
1. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, habelə ailə üzvləri;
2. Azərbaycan Respublikasının Baş naziri,habelə ailə üzvləri;
3. Azərbaycan Respublikası Milli Məclisinin sədri, habelə ailə üzvləri;
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, habelə ailə üzvləri;
5. Azərbaycan Respublikasının vitse-prezidentləri, habelə ailə üzvləri;
6. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, habelə ailə üzvləri;
7. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi, habelə ailə üzvləri;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, habelə ailə üzvləri;
9. Azərbaycan Respublikası Baş nazirinin müavinləri, habelə ailə üzvləri;
10. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, habelə ailə üzvləri;
11. Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, habelə ailə üzvləri;
12. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, habelə ailə üzvləri; 13. Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibi xidmətinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi və onun müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin şöbə müdirləri;
14. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavinləri, Azərbaycan Respublikası Birinci vitse prezidentinin köməkçiləri;
15. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Baş nazirinin köməkçiləri, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;
16. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisi rəhbərliyinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçiləri.
Bunlardan başqa bir sıra vəzifəli şəxslər, diplomatlar da VİP-dən istifadə hüququna malikdirlər. Həmin siyahı ilə daha ətraflı bu linkdən tanış ola bilərsiniz.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri