Icma.az
close
up
RU
Bu şəxslər işə qəbul zamanı tibbi və psixi müayinədən keçməlidir

Bu şəxslər işə qəbul zamanı tibbi və psixi müayinədən keçməlidir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İcbari tibbi müayinə işçi və cəmiyyətin sağlamlığının qorunmasında mühüm rol oynayır. Xüsusilə təhlükəli və ictimai məsuliyyət daşıyan sahələrdə çalışanlar üçün mütəmadi yoxlanışlar həm işçi, həm də işəgötürən üçün faydalıdır. Azərbaycanda bu proses dövlət tərəfindən tənzimlənir və nəzarət altında saxlanılır”.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, tibbi müayinələr işçilərin sağlamlığının qorunmasında, istehsalatda təhlükəsizliyin təmin edilməsində və xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Həm işə qəbul zamanı, həm də dövri tibbi yoxlanışlar sağlam və məhsuldar iş mühitinin yaradılması üçün vacibdir:

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 may 1998-ci il Qərarı ilə işçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəssisələrin siyahısı müəyyən olunmuşdur. Bu siyahıya peşə və iş yeri adı daxil edilmişdir. Bunlardan məktəbəqədər uşaq müəssisələrinin, o cümlədən, bütün tədris-tərbiyə müəssisələrinin işçiləri, doğum evlərinin (şöbələrin), uşaq xəstəxanalarının (şöbələrin), yenidoğulmuşların, vaxtından qabaq doğulmuşların patologiyası şöbələrinin tibb işçiləri, neft-qaz sənayesində, o cümlədən dəniz qazmasında işlər, bütün növ hərəkət edən nəqliyyatla bilavasitə əlaqədar olan işlər, sürücülər, yeyinti-sənaye müəssisələrinin bütün işçiləri və s. həm ilkin, həm də dövrü tibbi müayinədən keçməlidirlər. Bu siyahı üzrə müəyyən olunmuş şəxslər, həmçinin, işə qəbul olduqda və işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq narkoloji müayinədən keçməlidirlər. Belə müayinələrin keçirilməsi qaydası da sözügedən qərarla təsdiq edilmişdir”.

P.Vəliyevanın sözlərinə görə, icbari tibbi müayinə üzrə işə qəbul zamanı, işçi vəzifəyə başlamazdan əvvəl sağlamlıq vəziyyətini təsdiqləyən tibbi arayış təqdim etməlidir:

“Müəyyən dövrlərdə (illik və ya daha tez-tez) qanunla müəyyən edilmiş sahələrdə çalışan işçilər hər il və ya iki ildən bir müayinədən keçməlidirlər.

Bu məsələ “Sanitariya-epidemioloji salamatlıq haqqında”, Əmək Məcəlləsində, “Əhalinin Sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır.

“Əhalinin Sağlamlığının qorunması” haqqında qanuna görə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edir.

Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi sahəsində çalışan şəxslər, yəni hüquq-mühafizə orqanlarının əməkdaşları və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda və işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq narkoloji müayinədən keçməlidirlər”.

Müsahibimiz sonda qeyd edib hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmətə çağırılanlar və bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar tibbi müayinədən keçməlidir:

“Psixoloji müayinəyə gəldikdə isə “Psixi yardım” haqqında qanuna əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul zamanı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə və xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul zamanı psixoloji müayinə aparılır və bu müayinələr həmin qanunla tənzimlənir.

Bundan başqa, bəzi özəl müəssisələr, iaşə obyektləri, beynəlxalq brend olan mehmanxanalar burada çalışan işçilərin sağlamlıq vəziyyəti ilə bağlı öz beynəlxalq standartlarına əsasən, işçilərinin digər tibbi yoxlanışlardan keçməsini də tələb edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri