Icma.az
close
up
RU
Bu şəxslərə 20 min manat pul mükafatı VERİLİR FOTO

Bu şəxslərə 20 min manat pul mükafatı VERİLİR FOTO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin ölkədə peşəkar kadrların yetişdirilməsi, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu vurğulayıb.
 

Nazir təhsil sahəsində innovativ yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi və təhsil idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar barədə də geniş məlumat verib. Emin Əmrullayev qeyd edib ki, idarəetmə potensialı yüksək mütəxəssislərin elm və təhsil sahəsinə inteqrasiyası bu sahənin davamlı inkişafı üçün vacibdir.


Daha sonra Orxan İsgəndərov və İnsafəli Səmədov mentorluq proqramının onlara verdiyi imkanlardan danışaraq təhsil sistemində müasir idarəetmə modelləri, təhsilin keyfiyyətinin artırılması və elmi tədqiqatların stimullaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Onlar, xüsusilə, təhsilin rəqəmsallaşdırılması, innovativ pedaqoji yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin yerli təhsil sisteminə inteqrasiyasına dair təkliflərini təqdim ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı ölkə başçısı tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri