Icma.az
close
up
RU
Bu şəxslərə icbari tibbi sığortada GÜZƏŞT: Hansı yeniliklər olacaq?

Bu şəxslərə icbari tibbi sığortada GÜZƏŞT: Hansı yeniliklər olacaq?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"İcbari Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə işsiz şəxslər üçün güzəşt müddətinin tanınması sosial müdafiə baxımından müsbət addım kimi qiymətləndirilə bilər. Bununla belə, bu mexanizmin nə dərəcədə yetərli olması və tətbiq zamanı yarana biləcək hüquqi problemlər ayrıca təhlil tələb edir".
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev deyib. 
O, bildirib ki, güzəşt müddətinin müsbət cəhətləri mövcuddur:
"İlk növbədə bu yanaşma sosial ədalət prinsipinə uyğundur, çünki işsiz qalan şəxs tibbi xidmətlərdən dərhal məhrum edilmir. Eyni zamanda sağlamlıq hüququnun davamlılığı təmin olunur ki, bu da Konstitusiyanın sağlamlığın qorunması hüququnu təsbit edən müvafiq maddəsinə uyğundur. Güzəşt müddəti keçid dövrünü yumşaldaraq şəxsin yeni iş tapana və ya sosial statusu dəyişənədək müdafiəsiz qalmasının qarşısını alır". 
Hüquqşünas bildirib ki, bununla yanaşı, mexanizmin çatışan cəhətləri də az deyil:
"Əgər güzəşt müddəti zaman baxımından qısadırsa, real sosial qoruma təmin etmir. Uzunmüddətli işsizlər üçün ayrıca və effektiv mexanizmin olmaması ciddi boşluq yaradır. Güzəştin yalnız rəsmi işsiz statusu olan şəxslərə şamil edilməsi isə qeyri-formal sektorda çalışanların bu hüquqdan kənarda qalmasına səbəb olur. Bundan əlavə, tibbi xidmətlərin tam paketi deyil, məhdud həcmi tətbiq edilərsə, güzəştin praktiki faydası əhəmiyyətli dərəcədə azalır. Bu baxımdan güzəşt müddəti yalnız müvəqqəti və məhdud həll kimi dəyərləndirilə bilər. Uzunmüddətli və sistemli sosial qoruma üçün əlavə mexanizmlərin yaradılmasına ehtiyac var".
Onun sözlərinə görə, tətbiq zamanı yarana biləcək hüquqi problemlər də diqqətdən kənarda qalmamalıdır:
"İlk növbədə “işsiz” anlayışının qeyri-müəyyənliyi suallar yaradır. İşsiz yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyata alınan şəxs hesab olunmalıdırmı, yoxsa öz ərizəsi ilə işdən çıxanlar da bu kateqoriyaya daxildirmi? Bu qeyri-müəyyənlik bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Digər problem məlumat mübadiləsi ilə bağlıdır. İşdən çıxma barədə məlumatın gec ötürülməsi şəxsin əsassız şəkildə sığortasız qalmasına səbəb ola bilər. Güzəşt müddətinin hansı tarixdən başlaması, işdən çıxma tarixi, qeydiyyat tarixi və ya başqa bir zaman nöqtəsi dəqiq müəyyən edilməzsə, inzibati səhvlər və hüquqi mübahisələr qaçılmaz olacaq".
Onun sözlərinə görə, maliyyələşmə mexanizmi də açıq qalan mühüm məsələlərdəndir:
"Güzəşt dövründə sığorta haqqının kim tərəfindən ödəniləcəyi, dövlət büdcəsi, yoxsa İcbari Tibbi Sığorta Fondu hesabına, aydın tənzimlənməzsə, normativ boşluq yaranacaq. Bundan əlavə, güzəştin yalnız müəyyən kateqoriyalara şamil edilməsi ayrı-seçkilik riskini də artırır. Əgər yalnız rəsmi qeydiyyatda olan işsizlər bu hüquqdan yararlana bilərlərsə, bu yanaşma Konstitusiyanın bərabərlik prinsipinə zidd şəkildə şərh oluna bilər".
O, qeyd edib ki, bu səbəbdən hesab etmək olar ki, güzəşt müddətinin müddəti və şərtləri dəqiq normativ aktlarla tənzimlənməlidir:
"Uzunmüddətli işsizlər üçün dövlət tərəfindən maliyyələşdirilən sığorta mexanizmi yaradılmalı, elektron informasiya sistemləri arasında avtomatik inteqrasiya təmin edilməlidir. Eyni zamanda qeyri-formal məşğulluqdan çıxan şəxslər üçün alternativ hüquqi mexanizmlər nəzərdə tutulmalıdır. Nəticə etibarilə, işsizlər üçün güzəşt müddəti mühüm sosial təminat aləti olsa da, mövcud formada tam hüquqi və sosial qoruma təmin etmir. Bu dəyişiklik yalnız keçid mərhələsi kimi effektivdir və hüquqi qeyri-müəyyənliklər aradan qaldırılmadıqca, praktikada ciddi problemlər qaçılmaz olacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri