Bu şəxslərin maaşı 1300 manata yaxın olacaq
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda çalışanların ortaaylıq maaşı açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqısı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artıb.
Hazırda paytaxtda ortaaylıq maaş 1252,7 manat təşkil edib.
Milli.Az
