Icma.az
close
up
RU
Bu şəxslərin şəxslərin komissiyaya çağırılma yaşı azaldılır Xəbər saytı Son xəbərlər və Hadisələr

Bu şəxslərin şəxslərin komissiyaya çağırılma yaşı azaldılır Xəbər saytı Son xəbərlər və Hadisələr

Xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunan şəxslərin komissiyaya çağırılma yaşı azaldılır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi təklif olunub.

Təklif olunan dəyişikliklə, hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək (hazırda 35) hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Qeyd edək ki, müvafiq qanunlarla nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Silahlı Qüvvələri sıralarından buraxılan hərbi qulluqçular, habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan sonra üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə borcludurlar.

seeBaxış sayı:102
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri