Icma.az
close
up
RU
Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq SİYAHI

Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq SİYAHI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün növbəti - 2026-cı il üçün proqnozlaşdırılan təhsil xərclərinin 41,8 milyon manatı güzəştli kateqoriyaya aid ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
Bu isə o deməkdir ki, gələn ildə ali məktəblərdə güzəştli kateqoriyadan olan tələbələrin imtiyazları qüvvədə saxlanılacaq.
Həmin kateqoriyaya keçmiş məcburi köçkünlər, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin övladları olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsinin üzvü olan, eləcə də peşə təhsili müəssisələrində 20 yaşına çatmamış və orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər daxildir.
Ümumilikdə gələn il yuxarıda adları çəkilən güzəştli kateqoriyadan olan 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri 41,8 milyon manat sərf olunacaq;
- əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsait nəzərdə tutulub.
Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alındıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 141,0 milyon manat təşkil edəcək;
- müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması ilə bağlı xərclərə 37,4 milyon manat;
- Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2026/2027-ci tədris ilində 300-dən çox adda təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 19,0 milyon manat;
- xüsusi təhsilə cəlb olunan 13412 nəfərin valideynlərinə və ya qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinət üçün 8,1 milyon manat;
- pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat;
- Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər üçün 38,3 milyon manat vəsait proqnozlaşdırılıb.
Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2026-cı ilin dövlət büdcəsində 100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,0 milyon manat və ya 4,1 faiz çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri