Icma.az
close
up
RU
Bu simptom həyati təhlükə daşıyır, amma çoxları fikir vermir 36 yaşlı xərçəngi xəstəsi

Bu simptom həyati təhlükə daşıyır, amma çoxları fikir vermir 36 yaşlı xərçəngi xəstəsi

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada ən çox yayılmış xərçəng növlərindən biri olan bağırsaq xərçəngi adətən artıq çəki, alkoqollu içki qəbulu, genetik və yaş kimi faktorlarla əlaqələndirilir. İngiltərədə yaşayan və 36 yaşında irəliləmiş mərhələ bağırsaq xərçəngi diaqnozu qoyulan Carla Mitchell çox insan tərəfindən gözardı edilən mühüm simptomlardan bəhs edib.

Milli.Az xəbər verir ki, Carla uzun müddət davam edən xroniki yorğunluq və ayaq ağrılarından şikayət edirdi. Nəcisində qan gördükdən sonra həkimə müraciət edib və aparılan təhlillər nəticəsində onun 3-cü mərhələ bağırsaq xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb. Bu vəziyyətə səbəb olan faktor isə Lynch sindromu adlanan genetik xəstəlik idi.

Lynch sindromu DNT-dəki səhvləri düzəltmək qabiliyyətini məhdudlaşdıraraq xərçəng inkişafına şərait yaradan genetik mutasiyalarla əlaqəlidir. Bu sindrom bağırsaq, uşaqlıq, yumurtalıq, mədə, öd kisəsi, prostat və sidik yolları kimi orqanlarda xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Statistika göstərir ki, Lynch sindromu daşıyıcılarında bu orqan xərçənglərinin görülmə ehtimalı 70% daha yüksəkdir.

Sindrom genetik yolla keçdiyi üçün daşıyıcı şəxsin birinci dərəcəli yaxınları da risk altında ola bilər. Bununla belə, xəstəliyin erkən aşkar olunması, xərçəng riskini azalda biləcək tədbirlərin görülməsinə imkan yaradır. Araşdırmalar göstərir ki, gündəlik az dozalı aspirin istifadəsi bağırsaq xərçəngi riskini 40% azalda bilər.

Lakin İngiltərədəki statistikaya görə Lynch sindromu daşıyıcılarının 95%-i bu genetik riski bilmədən yaşayır. Rəsmi siyasətə əsasən, bütün bağırsaq xərçəngi xəstələri bu sindrom üçün yoxlanılmalıdır, lakin mütəxəssislər bu tədbirlərin kifayət qədər effektiv olmadığını bildirirlər.

Londondakı Xərçəng Araşdırma İnstitutundan Clare Turnbull Lynch sindromu riskini daşıyan şəxslər üçün erkən müdaxilə və strateji müalicə metodlarının həyati əhəmiyyət kəsb etdiyini vurğulayır. O həmçinin, uşaqlıq xərçəngi olan qadınların da bu sindroma görə müayinədən keçməsinin vacibliyini qeyd edir.

Oxford Universitetinin alimləri Lynch sindromu üçün xüsusi bir peyvənd üzərində çalışır. Bu peyvəndin immunitet sisteminə Lynch sindromundan qaynaqlanan DNT səhvləri ilə əlaqəli xərçəng hüceyrələrini aşkar etməkdə kömək edəcəyi gözlənilir.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri