Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Bu sistem tətbiq edilsə, repetitorluğa ehtiyac qalmaycaq AÇIQLAMA

Bu sistem tətbiq edilsə, repetitorluğa ehtiyac qalmaycaq AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda repetitorluq ləğv olunacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, hazırlığın ləğvi birdən-birə aparıla bilməz. Buna görə bu proses mərhələli şəkildə aparılacaq.

Bəs repetitorluğun ləğvinin müəllim və abituriyentlərə hansı təsirləri olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Adil Vəliyev bildirdi ki, valideynlər məcburi şəkildə övladlarını hazırlığa göndərirlər:

"Ümumiyyətlə, neçə illərdir biz repetitorluğun ləğvi barəsində məlumatları eşidirik, görürük. Ancaq biz diqqət edəndə görürük ki, dünyanın demək olar ki, bir çox ölkəsində repetitorluq fəaliyyəti var. Azərbaycanda bu bir az daha fərqlidir. Çünki bizdə məktəblərdə istədiyimiz səviyyədə dərslər keçirilmədiyi, tədris olmadığı üçün valideynlər məcburi şəkildə övladlarını müəllim yanına və yaxud da müəyyən kurslara göndərirlər ki, öyrənə bilsinlər ki, gələcəkdə ali təhsil almaq hüququ əldə edə bilsinlər. Ancaq dünyanın inkişaf etmiş ölkələrində bu bir az daha fərqlidir. Məktəbdə də dərslər keçirilir. Hətta məktəbdə dərslər keçirilir, tapşırıqlar verilir və onların həlli istiqamətində şagirdlərə dəstək məqsədilə yenidən tapşırıqların icrasına kömək edilir. Bundan başqa olaraq, əgər hər hansı bir valideyn övladının daha da bu istiqamətdə təkmilləşməsini istəyirsə, daha yüksək səviyyədə nəticə göstərməsini istəyirsə, o zaman müəyyən fənlərdən hazırlığa göndərə bilir".

Ekspertin sözlərinə görə, çıxış yolu kimi məktəblərdə dərslər proqramlarla tədris olunmalıdır:

"Mən düşünmürəm ki, hazırkı zaman üçün repetitorluq və yaxud da kurs fəaliyyətinə xitam verilsin. Çünki əgər belə bir hal baş verərsə, demək olar ki, bizim abituriyentlərimizin nəticələri kifayət qədər aşağı düşəcək. Bu, sözsüz ki, universitetə qəbul olmaq istiqamətində də özünün nəticəsini bizə göstərəcək. İstər Azərbaycanda, istər beynəlxalq səviyyədə nəticələrimizin aşağı düşdüyünü görə bilərik. Çıxış yolu kimi ancaq belə demək olar ki, bəzi özəl məktəblərdə, dövlət gimnaziyaları və liseylərində müəyyən proqramlarla dərslər tədris olunur və dərs keçirildikdən sonra müəllim şagirdə verdiyi tapşırıqları izah edir ki, şagirdlər evə qayıtdıqda dincəlməyə vaxtları olsun, zamanları olsun ki, daha yaxşı nəticə göstərə bilsinlər. Yəni bu sistem eynilə bizim digər dövlət məktəblərində tətbiq edilsə, düşünürəm ki, bu zaman artıq repetitora və yaxud da kursa indiki qədər ehtiyac qalmayacaq", - deyə A.Vəliyev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri