Icma.az
close
up
RU
Bu tarixdə Azərbaycan və Rusiya liderlərinin görüşü gözlənilir

Bu tarixdə Azərbaycan və Rusiya liderlərinin görüşü gözlənilir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 31-i və sentyabrın 1-də Çində İkinci Dünya müharibəsində Yaponiya üzərində qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad keçiriləcək. 

Çinin və Sovet ordusunun Yaponiya üzərində qələbəsinin ildönümü münasibətilə Tyantszin şəhərində baş tutacaq hərbi keçidi izləmək üçün müxtəlif ölkələrdən 26 dövlət və hökumət rəhbərləri dəvət edilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir. 

Paraddan sonra Çində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü keçiriləcək. Azərbaycan Prezidentinin ŞƏT-in iclasına qatılacağı xəbər verilir. Sözügedən tədbirlər formal xarakter daşısa da, Çindən dünyaya mühüm siyasi mesajlar verilə bilər. 

Qeyd edək ki, faşizm üzərində qələbə ilə bağlı hərbi parad bir qayda olaraq Moskvada keçirilir. Rusiya Qırmızı Meydanda hərbi parad təşkil etməklə SSRİ-nin siyasi varisi kimi Qərbdəki rəqiblərinə, NATO-ya qarşı, eyni zamanda postsovet ölkələrinə güc nümayiş etdirir.

Bu baxımdan, dünyanın ikinci iqtisadiyyatına malik olan Çin müasir texnologiyalara malik öz silahlı qüvvələrini və nüvə arsenalını parada çıxaracaq. Bununla da görünür, rəsmi Pekin İkinci Dünya müharibəsindən 80 il sonra sonra qurulan yeni dünya düzənində qlobal güc mərkəzinin Rusiyadan Çinə keçdiyinə dair mesaj vermək istəyir.   

Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə toplantısı Çində keçirilməsi rotasiya qaydası ilə bağlıdır. Ona görə də ŞƏT-in tədbiri təşkilati baxımdan ciddi təsir bağışlamaya bilər.Lakin ümumilikdə, dövlət və hökumət başçılarının avqustun 31-də və sentyabrın 1-də Çində bir araya gəlməsi diqqəti daha çox ikitərəfli formatda aparılacaq müzakirələrə yönəldib.

Çünki Çində qlobal və regional təhlükəsizliyə yaranmış təhdidlərlə bağlı ciddi danışıqların aparılacağı gözlənilir. Bu kontekstdə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarının gündəmində əsasən Ukrayna böhranının həlli başlıca müzakirə mövzusu olacaq. 

Eyni zamanda, rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın Rusiyanı Çinə qarşı qoymaq üçün Ukraynada ona kompromisə getmək planını yaxşı anlayır. Ona görə də Pekin Ukrayndakı sülh planının Çinin əleyhinə yönəlməsini istəmir.  Vladimir Putinin həmçinin, İran Prezidenti Məsud Pezeşkianla, Şimali Koreya lideri Kim Çen Inla, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Serbiya Prezidenti Aleksandr Vuçiçlə və Slovakiyanın Baş naziri Robert Fitso ilə də görüşəcəyinə dair məlumatlar var. 

Bu arada ən çox səslənən suallardan biri Azərbaycan Prezidenti İlham Əliyevlə Vladimir Putinin görüşüb-görüşməyəcəyi ilə bağlıdır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələyə dəqiq cavab verməkdən yayınıb. 

“Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində keçirəcəyi görüşlərin təqvimi yalnız formalaşdırılır.  Azərbaycan Prezidenti İlham Əliyevlə görüş nəzərdə tutulsa, ictimaiyyətə məlumat veriləcək.

“Hazırda biz ikitərəfli görüşlərin cədvəlini hazırlayırıq. O, sammit tədbirlərinin ümumi kontekstinə inteqrasiya edilməlidir. Sizi məlumatlandıracağıq”, - deyə mətbuat katibi jurnalistlərə bildirib. Azərbaycanla Rusiya prezidentlərinin görüşünün baş tutması iki ölkə arasında müşahidə olunan gərginliyin aradan qalxmasına təkan verə bilər. 

Eyni zamanda, avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə sülh müqaviləsinin mətnini paraflaması, həmçinin Zəngəzur dəhlizinin ABŞ şirkətinin idarə olunmasına dair razılaşma Rusiya ilə mövcud olan münasibətləri daha da gərginləşdirib. 

Azərbaycan tərəfi isə Rusiyadan fərqli olaraq, kommunikasiyaların açılmasına siyasi məsələ kimi baxmır. Rəsmi Bakı hesab edir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Tramp marşrutu”nun açılması Rusiyaya avtomobil və dəmir yolları ilə yeni bazarlara çıxış imkanı yarada bilər. Yəni Rusiya “Tramp marşrutu”ndan istifadıə edəcək ölkələrlə əməkdaşlıq qurmaqla iqtisadi divident əldə edə bilər. 

Bu mənada, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti ilə mümkün görüşü məsələsi də günün sualına çevrilib.Azərbaycan və Ermənistan liderlərinin Zəngəzur dəhlizinin açılmasına dair razılaşmadan sonra Çinə səfər etməsi də bu baxımdan, mühüm önəm daşıyır. Çin və Avropa arasında avtomobil və dəmir yolu ilə yükdaşımalar “Orta dəhliz” vasitəsilə həyata keçiriləcək.

Azərbaycan və Ermənistan Çinin Zəmngəzur dəhlizinin açılmasına qoşulmasında çox maraqlıdır. Bu, regionda nəqliyyat-tranzit əlaqələrinin inkişafına səbəb olmaqla yanaşı, bölgə dövlətlərini Rusiyanın siyasi təzyiqlərindən də müdafiə edə bilər.

Qeyd edək ki, ŞƏT Rusiya tərəfindən yaradılsa da birlik daxilində iqtisadi və siyasi ağırlıq balansı Çinin xeyrinə dəyişməkdədir. Üzv dövlətlərin əksəriyyəti Çinlə əməkdaşlığa üstünlük verir.Bu mənada, Azərbaycan və Ermənistan liderlərinin Çində aparacağı danışıqlar Rusiyanın “Tramp marşrutu”nu əngəlləmək planlarının qarşısının alınmasında mühüm rol oynaya bilər. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Rusiya liderlər görüş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri