Icma.az
close
up
RU
Bu təbii vasitələr böyrəklərinizi müalicə edəcək Mütləq SINAYIN

Bu təbii vasitələr böyrəklərinizi müalicə edəcək Mütləq SINAYIN

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.

Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.

Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.

Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır.

Böyrəklərdə duzlar, qum, daşlar yığıla bilər. Bunun qarşısını almaq üçün böyrəkləri təmizləyən vasitələrdən istifadə etmək lazımdır. Xalq təbabətində belə vasitələr çoxdur. Saglamolun.az sizi bu vasitələrlə tanış edir:

1. İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 l-lik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.

2. Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 l qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.

3. Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).

4. Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.

5. Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.

6. Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.

7. 1/2 çay qaşığı dazıotu, 1/2 çay qaşığı kəklikotu, 1/2 çay qaşığı adaçayı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində içilir (hər dəfə 1/3 stəkan olmaqla). 1 həftə davam edin, 1 həftə fasilə edin və yenə təkrarlayın.

8. Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

İstənilən otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Böyrək daşı xəstəliyi zamanı bu vasitələrdən istifadə etmək olmaz.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri