“Bu təcrübənin WUF13 çərçivəsində də davam etdirilməsi nəzərdə tutulur”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov səsləndirib.
Ə.İsmayılov qeyd edib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Onun sözlərinə görə, regionda aparılan quruculuq işləri Azərbaycanın iqtisadi və intellektual potensialını əks etdirir.
Ə.İsmayılov həmçinin vurğulayıb ki, COP29 zamanı tətbiq olunan kommunikasiya modeli dövlət, media və cəmiyyət arasında effektiv əməkdaşlığı nümayiş etdirib.
O əlavə edib ki, bu təcrübənin WUF13 çərçivəsində də davam etdirilməsi nəzərdə tutulur.
Fidan Etibar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















