Icma.az
close
up
RU
Bu təkcə medianın fəlakəti deyil KONKRET

Bu təkcə medianın fəlakəti deyil KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlarda televiziya efirlərində, xüsusən də özəl kanallarda aparıcıların nitq mədəniyyəti və efir etikası baxımından ciddi geriləmə müşahidə olunur. Bayağılıq, səthi yanaşmalar və zəif danışıq qabiliyyəti media məkanında getdikcə artmaqda, peşəkarlığın səviyyəsi isə aşağı düşməkdədir.

KONKRET.az xəbər verir ki, bu tendensiya həm televiziya işinin keyfiyyətinə, həm də cəmiyyətin zövq və düşüncə tərzinə təsir göstərir. mövzu ilə bağlı gununsesi.info  KONKRET.az saytının baş redaktoru, əməkdar jurnalist Fadil Paşayevlə həmsöhbət olub.

-Fadil bəy, sizcə, bu bayağılıq və zəif danışıq qabiliyyəti nə ilə bağlıdır və televiziya məkanında peşəkarlığın azalmasının qarşısını necə almaq olar?

– Çox təəssüflər olsun ki, sualınız 90-cı illərdən bu yana hələ də öz aktuallığını qoruyur. Bu gün sizinlə müzakirə edəcəyimiz mövzu əfsanəvi diktorumuz, xalq artisti Rafiq Hüseynovun anım günlərinə təsadüf edir. Xatırladaq ki, Rafiq Hüseynov 2017-ci ilin oktyabrın 26-də Almaniyada, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Azərbaycan Televiziya məkanının unudulmaz sənətkarının adının üstündə dayanmağımın bir səbəbi də odur ki, məhz onun ölümü ilə sanki aparıcıların nitq mədəniyyəti ilə bağlı ümidlər də birdəfəlik söndü. Amma bu gün efir mədəniyyətinin simvollarının iş üslubu, eləcə də peşəkar televiziya ənənəsinin təbliği nəticəsində o məktəbə qayıtmaq, o dəyərləri yenidən dirçəltmək hələ də gec deyil.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV)-də çalışdığım illərdə unudulmaz diktorumuzun gənc aparıcılarla apardığı dərsləri indi də yaxşı xatırlayıram. Rafiq müəllim həmişə deyərdi ki, özəl kanalların yaranması ilə efir etikasına böyük zərbələr vuruldu. Elə ANS, Lider, ATV kimi telekanallarda (Çox sonralar SPACE də bu axına qoşuldu) sovet dövründə formalaşan dil mədəniyyətinin kökləri qazılmağa başladı. Ümumiyyətlə, televiziyanın əsas missiyası olan maarifçilik, əyləncə və informasiya öz formatını tamam başqa istiqamətə yönəltdi. Həmişə sanballı, dilimizin orfoepik qaydalarını bilən, qrammatik savadı ilə seçilən diktorların, aparıcıların yerini zövqü, düşüncə tərzi efir mədəniyyətinə yad olan gənclər tutmağa başladı. Uzun illər ərzində tamaşaçının estetik zövqü zorlandı, məişət sözləri ədəbi sözləri sıxışdırıb sıradan çıxardı. Effemizmlərdən istifadə halları demək olar ki, yoxa çıxdı. İndi “dünyasını dəyişdi” ifadəsinin əvəzinə “öldü, gəbərdi, tələf oldu” sözlərini çəkinmədən işlədən aparıcılarımız var. İllərdir bu ictimai problem öz həllini tapmayıb. Özəl telekanallar, xüsusən, ATV və Xəzər televiziyası ancaq və ancaq əyləncə vasitəsinə çevrilib. Bu kanallar cəmiyyətin zövqünü, düşüncə tərzini, dil mədəniyyətini məhv etmək üçün sanki yarışa çıxıblar. İnsafən desək, bu sahədə çox böyük “uğurlara” imza atıblar.

Yenə də qayıtmalı oluram 90-cı illərə.  Həmin illərdə bayağı zarafatlar, jarqonlar, şit ifadələr, səlis danışıqdan uzaq tərz və bəzən qeyri-peşəkar davranışları efirdə görəndə tamaşaçı şoka düşürdü. Müxtəlif səviyyələrdə bu hallar geniş müzakirələrə səbəb olurdu. Ölkə mediası, ziyalı təbəqəsi bir SOS siqnalı verirdi. İndi belə reaksiyalar yox səviyyəsindədir. Danışanlar isə yalnız televiziya sahəsinin peşəkarları və yaxud media ilə yaxından-uzaqdan əlaqəsi olan şəxslərdir. Yeri gəlmişkən, gununsesi.info informasiya saytı bu mövzulara xüsusi duqqət yetirir. Buna görə sizə ayrıca təşəkkür etmək istəyirəm. Çünki məsələyə baxış, həllin formaları olduqca vacibdir.

Məsələ burasındadır ki, siz də fərqindəsiniz ki, artıq özəl telekanallardakı eybəcər mənzərə bir normaya çevrilib. Yadımdadır, AzTV-nin “Müəllif Proqramları” Departamentində çalışanda mənim mətn səsləndirməyimə icazə vermirdilər. Çünki danışığımda orfoepik qüsurlar var idi. İnformasiya Proqramları Studiyasında da çalışdığım illərdə bu, davamlı xarakter aldı. Çünki bir jurnalist kimi biz yalnız informasiyanı istehsal edir, mətnin səsləndirilməsini daha peşəkar, nitqi səlis olan aparıcılara həvalə edirdik. Amma indi tam biabırçılıqdır. Görünən odur ki, kadr seçimi qeyri-peşəkar şəkildə aparılır. Daha konkret desək, ATV-nin prezidenti Azər Xəlilova sual vermək lazımdır, siz bu müddətdə aparıcıların seçimində əsasən hansı meyarları üstün tutmusunuz? Təsəvvür edin, Azər bəy səmimi cavab verir ki, təhsil, dil duyumu və intellektual hazırlıq bizim üçün əsas meyar deyil. Çünki daha çox “populyarlıq” və “şou qabiliyyəti” olan kadrlar kanalımıza pul qazandıra bilər. Belə səmimi cavab versəydi, bəlkə də uzun illərdir onun və komandasının yol verdiyi nösqanlarını bağışlamaq olardı.

Doğrudur, televiziyanın kommersiyalaşması da öz sözünü deyir. AzTV, İTV kimi kanallar dövlət büdcəsinin hesabına, arxayın və rahat şəkildə öz efir siyasətini qurur, amma özəl telekanallar üçün belə bir komfort yoxdur. Amma bu, onların arqumentlərinə, bəhanələrinə haqq qazandırmır. AzTV və İTV kimi kanallar efir mədəniyyəti üçün əlindən gələn imkanları digər özəl telekanallarla, daha biabırçı olan radiolarla paylaşmalıdır. Deyə bilərsiniz ki, bu işləri Milli Televiziya və Radio Şurası həyata keçirməlidir. Doğrudur, Şura bu sahəyə nəzarət etməlidir. Dil və efir etikası üzrə nəzarət mexanizmini ardıcıl, mütəmadi şəkildə gerçəkləşdirməlidir. Məsələn, ola bilər ki, Teleradio Şurası nəzdində nitq monitorinqləri aparılsın və bu barədə ictimai hesabatlar təqdim olunsun.

Amma təşəbbüs ümumi dövlətçilik naminə telekanaların rəhbərliyindən gəlməlidir. Deməli, belə çıxır ki, istənilən kanala rəhbər təyin olunan şəxslərin bir dövlətçilik əxlaqı da olmalıdır. Amma nə baş verir? Elə götürək MuzTv kimi televiziya kanallarını. Belə kanalları təsis edənlərin fəaliyyətini, məqsədlərini araşdırsaq, görəcəyik ki, onları keyfiyyətli söz, dərin mövzular, savadlı nitq maraqlandırmır. Daha çox “yüngül” və sensasiyalı məzmun ön planda olur. Hesab edirəm ki, Teleradio Şurası, dilçilik institutu, ayrı-ayrı monitorinq qrupları efirlərdə dil və etik nəzarəti gücləndirməlidir. Və yaxud bu kanallar zəhmət çəkib savadlı dil redaktorlarını, nitq məsləhətçilətini işə qəbul etməlidir. Vaxtilə mövcud olmuş bu ənənələr bərpa olunmalıdır.

Yoxsa Tik-tok kimi sosial şəbəkələrdə ictimai danışıq mədəniyyətinə zərbə vuranlar son hədəfə daha tez çatacaqlar. Əgər gənc nəsil ümumi mədəniyyətimizi zənginləşdirən efir etikasını görməsə, getdikcə dərinləşən və ciddi problemlər yaradan ünsiyyət bacarıqlarını tam itirəcək.

Bilirsiniz, telekanallar üçün “sehirli sözlər” lüğəti hər bir aparıcının stolüstü kitabı olmalıdır. Heç olmasa, öz sahəsində mütaliələr etməli, nitq və efir mədəniyyəti üzrə təlimlərə fəal şəkildə qoşulmalıdır. Jurnalistika fakültəsi olan ali məktəblərlə kanallar arasında əməkdaşlıq niyə də gücləndirilməsin. Media təhsili alan tələbələr sistematik şəkildə televiziya praktikası keçməli, efir mədəniyyətinin klassik prinsiplərini mənimsəməlidirlər.

– Ümumiyyətlə, bu hal cəmiyyətin zövqünü formalaşdıran media üçün nə qədər təhlükəlidir?

– Əgər məhkəmələr xalqın vicdanıdırsa, televiziyalar xalqın aynasıdır. Əgər bu güzgü çirklənibsə, deməli, biz öz dilimizi, düşüncəmizi və mədəniyyətimizi itirmək təhlükəsi ilə üz-üzəyik. Bu, təkcə medianın fəlakəti deyil, bir valideyn kimi mənim də faciəmdir. Çılpaq, yarılüt, estetik görünüşü olmayan geyim forması ilə efiri “bəzəyən” qızlarımız, dialekt və şivələrlə, şit hərəkətləri ilə ürək bulandıran oğlanlarımız ekranlarda “at oynadırsa”, öz övladını tərbiyə edən valideynin əli-qolu bağlanır, övladlarına təsir imkanları məhdudlaşır. Çünki bu şoular bədii, sənədli və maarifləndirici verilişləri sıxışdırmaqla ümumi ideolji prosesi murdarlayır, biz tamaşaçılara mənfi şəkildə emosional təsiri ilə yadda qalır. Cəmiyyətin radikallaşması, aqressiləşməsi yalnız sosial şəbəkələrin məsuliyyəti olmur, bu işdə sosial mediaya qoşulan televiziyaların “şüvəni” getdikcə artır.

O ki qaldı media üçün nə qədər təhlükəli olmasına, gəlin etiraf edək ki, insanların zövqü zorlandıqca media orqanı ictimai etimadı itirir. Tamaşaçı keyfiyyətli, intellektual, balanslı informasiya axtaranda artıq televiziya və ciddi mediaya yox, sosial şəbəkələrə və ya xarici mənbələrə üz tutur. Fəaliyyətimizdə uzun illərin mənfi təsirlərinin nəticəsidir ki, peşəkarlıq standartlarının aşınması ilə üz-üzə qalırıq. Televiziyada ucuz “reytinq dalğası” başlayanda jurnalistikanın əsas prinsipləri olan obyektivlik, analitik düşüncə, etik məsuliyyət arxa plana keçir. Bu, medianı dördüncü hakimiyyət statusundan sadəcə əyləncə alətinə çevirir. Amma unutmayaq ki, media təkcə informasiyanın deyil, zövqün formalaşmasının da vasitəsidir. Əgər ekranda bəsitlik, bayağılıq, səviyyəsizlik hökm sürürsə, tamaşaçı da bu zövqə uyğunlaşır. Bu, mədəni deqradasiyaya aparır, milli-mənəvi dəyərlərimiz aşılanır. Beləliklə, sözügedən proseslər televiziyanın təkcə mədəni funksiyasını deyil, həm də ictimai nüfuzunu məhv edir. Keyfiyyətli media cəmiyyətin güzgüsüdür, amma bayağılıq bizi dumanlı gələcəyə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see220

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see208

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see202

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see165

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see164

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see138

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see134

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see131

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see129

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see122

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see122

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see122

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri