Icma.az
close
up
RU
Bu torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb FOTOLAR

Bu torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının icrası çərçivəsində işğaldan azad edilimiş ərazilərdə torpaq idarəçiliyinə dair işlərin görülməsi davam etdirilir. 

Nazirlikdən "Unikal"a verilən məlumata görə, cari ilin sentyabr və oktyabr aylarında sahibkarlar üçün torpaq sahələrinin istifadəyə verilməsi məqsədilə bağçılıq və heyvandarlıq istiqamətində Xocalı, Xocavənd və Laçın rayonları üzrə ümumilikdə 6876 hektar torpaq sahəsi müsabiqəyə çıxarılıb. Bu çərçivədə qeydiyyata alınmış 68 müraciətdən, layihə sənədlərini təqdim etmiş 49 müraciətçi üzrə 51 layihə qiymətləndirilməyə cəlb olunub və nəticədə 48 layihə məqbul hesab edilib. Məqbul hesab edilən müraciətlər üzrə investisiya layihələrinə ayrılması nəzərdə tutulan torpaq sahəsi 3 rayon üzrə 4 654 ha təşkil edir. Bunlardan 1 layihə intensiv heyvandarlığın inkişaf etdirilməsi istiqaməti (Laçın rayonu), digər 47 layihə isə (Laçın, Xocalı və Xocavənd rayonları) intensiv meyvəçilik istiqamətini əhatə edir.

Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqə qalibləri ilə Kənd Təsərrüfatı Nazirliyi arasında torpaq icarə müqavilələrinin bağlanılmasına başlanılıb.

Əkin yerlərinin sahibkarlara investisiya müsabiqələri əsasında 5+44 ilədək müddətə icarəyə verilməsi nəzərdə tutulur. İnvestisiya müsabiqələrində təqdim edilmiş aqrar layihənin kənd təsərrüfatı fəaliyyətinin dəyər zəncirini əhatə etməsi (əkinçilik, bağçılıq, heyvandarlıq, emal və s.), innovativ parametrlərə malik olması, investisiya həcmi, səmərəliliyi, dəyər zəncirini özündə ehtiva etməsi və s. məsələlər nəzərə alınır. İcarə müddəti dövründə fəaliyyətin qiymətləndirilməsi ilə fəaliyyətin davam etdirilməsi qərarları qəbul olunacaqdır.

Qeyd edək ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşması Nazirliyin əsas prioritetlərinə daxildir. Bu məqsədlə icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstəklər diqqət mərkəzində saxlanılır və Aqrar Subsidiya Şurasının hər il qəbul edilən qərarlarında ehtiyac meyarları nəzərə alınaraq fərqləndirilir. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri