Icma.az
close
up
RU
“Bu, Türkiyə Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir”

“Bu, Türkiyə Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dünya düzəninin hazırkı təlatümləri, qeyri-müəyyənlikləri, çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meyllərinin təsiri ilə regional münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib. Belə bir şəraitdə bizə dost olan ölkələrlə münüsibətlərimizin dərinləşdirilməsi həm ölkə, həm də regional kontekstdə xüsusi aktuallıq kəsb edir. Bu baxımdan qardaş Türkiyə və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək, genişləndirmək və dərinləşdirmək obyektiv zərurətə çevrilib”.

Bunu xalqcəbhəsi.az-a Milli Məclisin deputatı Əli Məsimli deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Ankaraya işgüzar səfəri həmin ideyalara xidmət edən səfərlərdəndir: “İki qardaş dövlətin başçıları arasında keçirilən görüşdə regional və qlobal hadisələrin müzakirəsi ilə yanaşı, Azərbaycanla Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri, qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin bu il martın 5-də Ankarada videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə dövlət başçıları mərasimdəki çıxışlarında bir sıra mühüm məsələlərə toxunub və vacib mesajlar veriblər. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq. Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir”.

Ə.Məsimli bildirib ki, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, faydası var və təbii olaraq Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir: “Türk dünyasının birləşməsi yolunda Türkiyə Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək, ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi. Bu mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında xüsusi vurğulayıb ki, “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik, ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Türkiyə Prezidenti İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasiminin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inamını ifadə edib”.

O həmçinin əlavə edib ki, doğrudan da İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin reallaşdırılması çox mühüm hadisədir: “Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir. Bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəməyə imkan verir. Bu layihənin reallaşdırılması Azərbaycanın öz resursları vasitəsilə Naxçıvanın birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq və bu əsasda muxtar respublikanı enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki riskləri aradan qaldıracaq. Naxçıvanın qaz təchizatıda enerji tədarükü şaxələnəcək, yalnız bir mənbədən asılılığı aradan qalxacaq və enerji təhlükəsizliyi möhkəmlənəcək. Ən əsası isə İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin qısa zaman kəsimində reallaşdırılması Türkiyə-Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri