Icma.az
close
up
RU
Bu uğur Azərbaycanın güclü siyasi iradəsinin və strateji addımlarının nəticəsidir

Bu uğur Azərbaycanın güclü siyasi iradəsinin və strateji addımlarının nəticəsidir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN telekanalına verdiyi müsahibədə ölkəmizin regional və qlobal siyasətdəki mövqeyindən, iqtisadi inkişaf strategiyalarından və beynəlxalq tərəfdaşlıqlarından bəhs edib. Prezidentin vurğuladığı əsas məqamlar Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasəti, iqtisadi dayanıqlılığı və strateji əməkdaşlıq istiqamətləri ilə bağlıdır.

Son illərdə Azərbaycanın ən böyük uğurlarından biri ərazi bütövlüyünün tam bərpa edilməsidir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, ölkəmiz bu tarixi ədaləti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirib. Bu uğur Azərbaycanın güclü siyasi iradəsinin və strateji addımlarının nəticəsidir.

Ölkəmiz həmçinin Cənubi Qafqaz və Xəzər regionunda etibarlı və güclü iqtisadi mövqeyə malikdir. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,9% olması, böyük infrastruktur layihələrinin icrası və Azərbaycanın qlobal ticarət və nəqliyyat bağlantılarında strateji rol oynaması beynəlxalq tərəfdaşlar üçün önəmli məqamdır. Prezident müsahibəsində Orta Dəhlizin Azərbaycan seqmentinin təkmilləşdirildiyini və bu sahədə infrastruktur layihələrinin davam etdiyini vurğulayıb.

Azərbaycanın beynəlxalq tərəfdaşlıq strategiyası da diqqət çəkir. Prezident İlham Əliyevin sözlərinə görə, ölkəmiz Çin ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalaması və müxtəlif beynəlxalq platformalarda aktiv iştirakı ölkəmizin qlobal siyasətdə mühüm oyunçuya çevrildiyini göstərir.

Bütün bu nailiyyətlər Azərbaycanın müstəqil siyasət yürütmək bacarığını, iqtisadi və siyasi gücünü nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibəsi bir daha sübut edir ki, Azərbaycan beynəlxalq hüququn qorunması, regional əməkdaşlıq və davamlı inkişaf prinsipləri əsasında qlobal arenada mövqeyini daha da gücləndirməkdə davam edir.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see242

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see190

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see170

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see149

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see126

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see122

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri