Icma.az
close
up
RU
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır (SİYAHI)

Bu universitetlərin diplomları Azərbaycanda tanınmır (SİYAHI)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Son illər xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı müraciətlərin sayı artmaqda davam edir.

Son 3 ildə ali təhsil sənədlərinə ən çox imtina verilmiş universitetlər hansılardır?

AzEdu.az mövzu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, agentliyinə edilən müraciətlər əsasında aparılmış ekspertizanın nəticəsinə uyğun olaraq, kvalifikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və müvafiq olaraq ən çox imtina alan universitetlərin siyahısını təqdim edirik:

TKTA-nın təqdim etdiyi rəsmi məlumata əsasən, tanınma üzrə ən çox imtina alan ali təhsil sənədləri aşağıdakı ölkələrə aiddir:

1.Rusiya Federasiyası

2.Ukrayna

3.Gürcüstan

Ekspertiza nəticəsində aşağıdakı ali təhsil müəssisələri üzrə verilən sənədlərin böyük əksəriyyətinə tanınma imtinası verilib. Siyahıda universitetin yerləşdiyi ölkə və imtina faizləri göstərilib:

Gürcüstan Avropa Tədris Universiteti – 100%

Ukrayna Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti – 99%

Gürcüstan Yeni Universiteti – 98%

Ukrayna Avqustin Voloşin adına Karpat Universiteti – 93%

Rusiya Federasiyası Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu – 92%

Rusiya Federasiyası Cənubi Rusiya Humanitar İnstitutu – 86%

Rusiya Federasiyası Dərbənd Humanitar İnstitutu – 85%

Rusiya Federasiyası Müasir Humanitar Akademiya – 83%

Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti – 81%

Rusiya Federasiyası Dünya İqtisadiyyatı İnstitutu – 79%

Rusiya Federasiyası Dağıstan Təhsil və Mədəniyyət Akademiyası – 78%

Rusiya Federasiyası İvanovo Dövlət Universiteti – 76%

Gürcüstan Millenium Tədris Universiteti – 73%

Gürcüstan Beynəlxalq Tədris Universiteti – 72%

Ukrayna Avropa Universiteti – 71%

Gürcüstan Tbilisi Açıq Tədris Universiteti – 66%

Rusiya Federasiyası Moskva Sahibkarlıq və Hüquq İnstitutu – 66%

Rusiya Federasiyası Dövlət Turizm və Xidmət Universiteti – 60%

Rusiya Federasiyası Cənub Federal Universiteti – 60%

Ukrayna T. Şevçenko adına Luqansk Milli Universiteti – 58%

Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti – 58%

Rusiya Federasiyası Maliyyə və Hüquq İnstitutu – 55%

Ukrayna Milli Aerokosmik Universiteti "Xarkov Aviasiya İnstitutu" – 55%

Rusiya Federasiyası Dərbənd İncəsənət və Mədəniyyət İnstitutu – 55%

Ukrayna Poltava İqtisadiyyat və Ticarət Universiteti – 53%

Gürcüstan Kənd Təsərrüfatı Universiteti – 52%

Rusiya Federasiyası "Sinergiya" Moskva Maliyyə-Sənaye Universiteti – 52%

Gürcüstan Tbilisi Humanitar Tədris Universiteti – 51%

Rusiya Federasiyası Moskva Politexnik Universiteti – 51%

Ukrayna Regionlararası Heyətin İdarəolunması Akademiyası – 50%

Ukrayna Xarkov Dövlət Qida Texnologiyası və Ticarət Universiteti – 50%

Gürcüstan Suxişvili Tədris Universiteti – 50%

TKTA-nın nümayəndələri bildirir ki, bu nəticələr ali təhsil almaq üçün xaricə üz tutmaq istəyən vətəndaşlar üçün önəmli siqnaldır. Namizədlərə tövsiyə olunur ki, xarici universitet seçərkən həmin ali məktəbin akkreditasiyası, tədris forması və tanınma meyarlarına uyğunluğu ilə bağlı əvvəlcədən məlumat əldə etsinlər",- deyə TTKA-dan məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri