Icma.az
close
up
RU
Bu üsul maşınların sayını azaldır Bakıda mikromobillik niyə vacibdir?

Bu üsul maşınların sayını azaldır Bakıda mikromobillik niyə vacibdir?

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir müddətdir Bakıda şəhər nəqliyyatı və mobilliyi sahəsində ciddi proseslər gedir. 

“Qafqazinfo” xəbər verir ki, bəzi işlər daha əvvəldən başlasa da, hazırda geniş vüsət alaraq paytaxtın böyük ərazisini əhatə edir. Xüsusilə Bakının mərkəzini avtomobilləşmənin mənfi təsirlərindən qorumağa, mikromobilliyin dayanıqlılığının artırılması və sabitlənməsinə hesablanmış layihələr müsbət nəticələr verməkdədir.

Müasir dövrdə şəhər nəqliyyatının əsas məqsədi şəhərin iqtisadiyyatını, sosial rifahını və ətraf mühitinin dayanıqlığını təmin etməkdir. Şəhərdaxili kiçik məsafələrə gediş-gəliş isə artıq demək olar ki, avtonəqliyyat növlərindən kənarda baş verir.

Son illərdə Avropa və Asiyanın əksər müasir şəhərlərində mikromobilliyin inkişafı dünya tendensiyasını təşkil etməkdədir. Bu proses Bakıdan da yan keçmir.

Piyada və velosiped səfərləri bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir. Velosipeddən geniş istifadə bütün dünyaya yayılmasa da, ildən-ilə genişlənir. Dünyanın bir çox iri şəhərləri aktiv səfər növlərinə daha çox önəm verir, çünki şəhər daxilində edilən səfərlərin əhəmiyyətli hissəsi 3-4 km-dən daha azdır, bu  məsafələri isə piyada və ya velosipedlə qət etmək daha rahatdır və sağlamlıq üçün faydalıdır. Piyadaların rahat və təhlükəsiz hərəkəti isə ümumiyyətlə, şəhərlərin bütün nəqliyyat sistemi üçün vacibdir, çünki ictimai nəqliyyatla edilən hər bir səfər məhz piyada olaraq başlanılır.

Qısa məsafələri qət etmək üçün yeni innovativ nəqliyyat vasitələri peyda olmaqdadır. Bu sırada ilk yeri skuterlər tutur. Artıq skuter şirkətləri, skuter park və dayanacaqları şəhərimizdə adi hala çevrilib və insanlar ləng də olsa bu yeniliklə tanış olmaqda və istifadə etməkdədir. Elektrik skuterlərinin bir üstünlüyü də onların rahatlıqla velosiped zolaqlarından istifadə edə bilməsidir.

Proseslər göstərir ki, Bakıda da mikromobilliyə transformasiya üçün dövlət iradəsi formalaşıb və zamanın tələbi olan addımlar ardıcıl atılmaqdadır. Mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə həyata keçirilən işlər də bunun əyani sübutudur.

Belə ki, velosipedçilər, elektrik mühərrikli kiçik nəqliyyat vasitələri və digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə “Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Qanunvericiliyə mikromobilliyə dair yeni anlayışlar, yol nişanları və nişanlanma xətti daxil edilib.

Həmçinin Bakı şəhərində 31 küçə və prospektdə mikromobillik zolağı təşkil edilib. Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi təmin edilir və zolaqların 100 km-ə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, xüsusi yol nişanları, zolaqlar arasındakı bufer zonalarda təhlükəsizlik sədləri quraşdırılır. Bakıda ilk dəfə işıqforlara mikromobillik istifadəçiləri üçün bölmələr əlavə edilir, kiçik elektrik nəqliyyat vasitələri və velosipedlər üçün  parklanma yerləri təşkil edilir. Parklarda, piyada zonalarında (Dənizkənarı Milli Park, metronun “28 May” stansiyasının qarşısındakı meydan və s.) mikromobillik vasitələrindən istifadə edilməsi üçün infrastruktur yaradılır.

Mikromobilliyin əhəmiyyətini çox qısa vaxtda dərk etmək üçün kifayət qədər nümunələr var. Şəhərdəki hava çirkliliyi və səs kirliyindən tutmuş, dözülməz tıxacların yaratdığı stressədək hər gün yaşadığımız hallar transformasiyanın labüdlüyünü ortaya qoyur. Ən azından şəhərin mərkəzinin avtomobilləşmənin kobud fəsadlarından qorumaq dövrün yumşaq desək, humanist tələbidir.

Paytaxtımızda mikromobilliyin əhəmiyyətini və bu istiqamətdəki yenilikləri aşağıdakı bəndlərlə də sadalaya bilərik:

- Bakı şəhərində operatorlar tərəfindən 4760 ədəd mikromobillik vasitəsi icarəyə verilir;

- Sentyabr-dekabr ayları ərzində operatorlar tərəfindən 850 944 sifariş qəbul olunub;

- Mikromobillik vasitələri ilə 2.244.302 km məsafə qət edilib; 

- Qısa məsafələrdə alternativ nəqliyyat vasitəsidir;

- Mikromobilllik şəbəkəsinin genişləndirilməsi ümumilikdə şəhərdə vətəndaşların mobilliyini artırır;

- Ekoloji mühitə və əhalinin sağlamlığına müsbət təsir edir. 

- Mikromobillikdən istifadə mərkəzdə avtomobillərdən istifadəni və sıxlığı azaldır. Mikromobillik vasitələri ilə qət edilmiş km-lər əks halda avtomobillərlə ediləcəkdir.

- Əvvəlcədən infrastruktur yaradılmadan mikromobilliyin inkişafı mümkün deyil. Bütün ölkələrdə bu belə olub.

- Zolaqlar çəkilərkən əksər hallarda mütləq avtomobil zolaqları azaldılmayıb. Nümunələr: Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, 28 May, Dilarə Əliyeva küçəsi və s.

- Velosiped və skuterlərin vahidə düşən istifadəsi beynəlxalq göstəricilərdən yüksəkdir. Belə ki, beynəlxalq göstəricilərə əsasən 1 velosiped gün ərzində 4-5 dəfə istifadə olunursa, Bakıda bu say 12-dir.  Bu da mikromobillik vasitələrinin artırılmasına tələbatın olduğunu göstərir.

- Yolların genişləndirilməsi ilə mərkəzdə sıxlığın azaldılması mümkün deyil. Bu yalnız mərkəzdə avtomobillərin istifadəsinin azaldılması, əvəzində ictimai nəqliyyatın (metro, avtobus) inkişaf etdirilməsi, onlara üstünlük verilməsi və alternativ mobillik imkanları ilə  mümkündür: mikromobillik və piyada səfərlərinə imkan yaradılması.

Bakının sosial-mədəni mühitinin yaxşılaşması üçün mikromobilliyin inkişafının bundan sonrakı dövrdə də dəstəklənməsi hər bir şəhər sakini və şəhərin qonağı üçün əhəmiyyətlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri