Icma.az
close
up
RU
“Bu üzdən də heç xaricə getməyə can atmırlar” Azərbaycana gələn çoxdu, burdan gedən yox

“Bu üzdən də heç xaricə getməyə can atmırlar” Azərbaycana gələn çoxdu, burdan gedən yox

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Qış “transfer pəncərəsi” hələ rəsmi şəkildə açılmasa da, klublarımız bu yöndə çalışmaqdadı. Amma onlar əsasən başqa ölkələrdən futbolçu gətirməklə məşğuldu, kimisə satmaqdan söhbət getmir.
Təkcə “Qarabağ” istisnadı – Juninyonun “Flamenqo”ya keçidi gözlənilir. Ölkəyə bir ucdan legionerlər gəlir, bəs bizim niyə kənara çıxası futbolçumuz yoxdu? Menecerlərdən Emil Şükürovun fikrini öyrəndik.
Onun “Football-plus.az”a açıqlaması:

“10-15 il əvvəl Azərbaycana daha səviyyəli legionerlər gəlirdi. Sadəcə, indi perspektivi olan, aşağı liqalarda oynayan futbolçuları tapıb, onları inkişaf etdirən, sata bilən klublarımız var. “Qarabağ” kimi. Azərbaycanlı futbolçuların xaricə getmək baxımından çox da rəqabətədavamlı olduğunu düşünmürəm. Ölkəyə əsasən Şərqi Avropa və Afrika ölkələrindən futbolçu gətirilir. Onların istər mental baxımdan, istərsə də maliyyə gözləntiləri daha aşağı olur, nəinki azərbaycanlı oyunçuların. Yəni bizim futbolçular yad mühitə öyrəşməkdə yetərincə çətinlik çəkirlər. Bəzən dil bilikləri olmur, ünsiyyətdə çox böyük çətinlik yaşayırlar. Üstəlik işçi vizasının alınması azərbaycanlılar üçün asan deyil. Fiziki cəhətdən də müəyyən qədər geri qalırlar. Bunlar hamısı kompleks yanaşma tələb edir. Futbolçularımız getməlidilərsə, artıq U-17, U-19 və U-21 millisi səviyyəsində olanlar getməlidi. Həmin ərəfədə karyeranın başlanğıc dövründədilər. Avropa klubları hələ-hələ inkişaf edən, müəyyən nəticə göstərən, milli komandaların üzvü olan azərbaycanlı uşaqlarla işləyib onlara nəsə öyrədə bilərlər. Yəni Avropa futbolunu öyrədə bilərlər. Ondan sonra getmək çətin oıur. Bizimkilər gedəndə də Baltikyanı ölkələrə, Gürcüstana, Mərkəzi Asiyaya gedə bilir. Yəni “top-20”yə daxil olmayan çempionatlarda oynamaq olur. Təbii ki, maliyyə məsələsi də var. Futbolçularımız həmin ölkələrdə 3-4 min dollar alırsa, Azərbaycanda bundan 3-4 min artığını alır, ona görə də Azərbaycan çempionatında oynamağı seçir. Bu üzdən də heç xaricə getməyə can atmırlar”.


RÖYANƏ OĞUZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Yanvar 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri