Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bu, uzun müddətli psixoloji travmalar yarada bilər MÜNASİBƏT BİLDİRİLDİ

Bu, uzun müddətli psixoloji travmalar yarada bilər MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"30 ilə yaxın müddətdə torpaqlarımızın təxminən 20%-i düşmən tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində bir milyona yaxın məcburi köçkünümüz öz doğma torpaqlarından aralı düşmüşlər.İşğalın ilk illərində bu köçkünlər respublikamızın müxtəlif bölgələrində ağır və çətin şəraitdə yaşamış, uzun müddət çadırlarda məskunlaşmaq məcburiyyətində qalmışlar. Bu cür şəraitdə insanlar ciddi psixoloji travmalara məruz qalmışdır. Həm yaxınlarını itirmək, həm də doğma yurdundan, ev-eşiyindən didərgin düşmək böyük bir psixoloji zərbədir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, Azərbaycanın ərazisi nisbətən kiçik olsa da, ölkəmizdə müxtəlif xalqlar əsrlər boyu qarşılıqlı hörmət və sevgi ilə yaşamışdır: "Bu xalqlar arasında dərin ortaq mental və mədəni dəyərlər formalaşıb. Buna görə də, məcburi köçkünlərin ilkin dövrlərdə vəziyyəti ağır olsa da, onların məskunlaşdığı ərazilərdə yerli sakinlərlə əlaqə qurması və inteqrasiyası çox uzun sürməmişdir. Azərbaycan xalqı sahib çıxmağı və qonaqpərvərliyi ilə seçilən bir millətdir.

Dövlətimiz sonrakı mərhələlərdə köçkünlərin sosial problemlərinin həlli üçün Bakıda və digər bölgələrdə yaşayış binaları tikmiş və mərhələli şəkildə onları bu mənzillərə yerləşdirmişdir. Hətta çox vaxt iki evi olan insanlarımız bir evini könüllü olaraq məcburi köçkünlərə verilmişdir ki, bu da həmrəylik və birlik ruhunun təzahürüdür.

Şükürlər olsun ki, artıq torpaqlarımız işğaldan azad olunub. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Azad edilmiş torpaqlarda sürətlə bərpa işləri aparılır. Məcburi köçkünlərin bir hissəsi artıq doğma torpaqlarına qayıdaraq burada məskunlaşıblar və müxtəlif işlərlə təmin olunurlar. Dövlət tərəfindən iş adamaları üçün ciddi imtiyazlar yaradılmışdır. Bu isə doğma torpaqlarına qayıdan yaşlı sakinlərin inteqrasiya problemlərinin olmamasını təmin edir, çünki insanlar öz böyüyüb boya başa çatdıqları yerlərə dönürlər. Gənclər üçün isə bu torpaqlar ölkəmizin ən gözəl guşələrində həyatlarını davam etdirmək üçün yeni imkanlar və iş fürsətləri deməkdir. Yeni həyatın başlanğıcıdır.

Məcburi köçkünlərin psixoloji dəstəyinə gəlincəysə, məcburi köçkünlərin doğma yurdlarına qayıtdıqdan sonra sosial inteqrasiya prosesində psixoloji yardıma ehtiyacı mütləq vardır. Bunun bir neçə səbəbi var.Uzun müddət işğal altında və məcburi köçkün həyatı keçirmək İnsanlar çox zaman itkilər, stres, və qeyri-müəyyənliklərlə üzləşiblər. Bu, uzun müddətli psixoloji travmalar yarada bilər".

"Ailə üzvlərini və yaxınlarını itirmək Hərbi münaqişələr və zorla köçürülmə zamanı bir çox insan yaxınlarını itirir, bu isə dərin emosional sarsıntılara səbəb olur. Yaşadıqları məkan dəyişdiyi üçün adaptasiya çətinlikləri Yenidən doğma yurdlarına qayıdanda həyat şəraitləri dəyişir, bərpa işləri aparılır, əvvəlki ev-eşik hələ tam bərpa olunmaya bilər. Bu da gərginlik və narahatlıq yarada bilər. Yaddaşda olan travmalar Psixoloji travmalar təkcə hazırkı vəziyyətdən deyil, keçmişdə yaşanmış hadisələrdən də qaynaqlanır. Bu, bəzən uzun müddət ərzində insanlarda müxtəlif narahatlıqlar və qorxular yaradır. Doğma yerlərinə qayıdan məcburi köçkünlər bəzən sosial çevrələrdən bir qədər uzaqlaşmış olurlar, buna görə sosial dəstək və psixoloji yardıma ehtiyac duyurlar.

Bu səbəbdən məcburi köçkünlərin psixoloji dəstəklə təmin olunması onların sağlamlığı və sosial adaptasiyası üçün çox vacibdir. Dövlət, qeyri-hökumət təşkilatları və yerli icmalar tərəfindən bu istiqamətdə xüsusi proqramlar həyata keçirilməlidir.Düşünürəm ki, psixoloji yardım məcburi köçkünlərin yeni həyatlarına daha rahat və sağlam şəkildə uyğunlaşmasına kömək edir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri