Icma.az
close
up
RU
Bu vərdiş narahatlıq riskini artırır

Bu vərdiş narahatlıq riskini artırır

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi vərdişlər, fərqində olmadan onların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq səviyyəsinin artması ilə əlaqəli ola bilər.

Milli.Az-ın məlumatına görə, klinik psixoloq Aybige Üstüner bildirib ki, son illərdə aparılan araşdırmalar bu adi görünən vərdişin daha ciddi nəticələrə səbəb ola biləcəyini göstərir.

Onun sözlərinə görə, Böyük Britaniyada bir neçə universitet və tədqiqat qurumunun iştirakı ilə aparılan geniş araşdırmada 2000-2025-ci illər arasında yayımlanan elmi işlər təhlil edilib.

Araşdırma çərçivəsində şəkərli içki istehlakı ilə yeniyetmələrdə narahatlıq pozuntuları arasındakı əlaqə qiymətləndirilib. Nəticələr göstərib ki, yüksək miqdarda şəkərli içki qəbul edən gənclərdə narahatlıq pozuntusunun yaranma ehtimalı daha yüksəkdir.

Qeyd edib ki, tədqiqatda qazlı şəkərli içkilər, enerji içkiləri, şirinləşdirilmiş sular, eləcə də şəkərli çay və qəhvə kimi məhsullar nəzərdən keçirilib:

"Doqquz araşdırmadan yeddisində şəkərli içkilərlə narahatlıq arasında müsbət və əhəmiyyətli əlaqə aşkarlanıb. Meta-analiz nəticəsində isə yüksək səviyyədə şəkərli içki qəbul edən yeniyetmələrdə narahatlıq pozuntusu riskinin 34 faiz daha çox olduğu müəyyən edilib".

Əlavə edib ki, yeniyetməlik dövrü həm fiziki, həm də psixoloji inkişaf baxımından həssas mərhələdir və bu dövrdə formalaşan qidalanma vərdişləri uzunmüddətli təsirlərə malik ola bilər.

Onun sözlərinə görə, yüksək şəkər tərkibli içkilər qanda şəkər səviyyəsinin sürətlə dəyişməsinə səbəb olur ki, bu da öz növbəsində yorğunluq, gərginlik və narahatlıq hisslərini artıra bilər.

A.Üstüner gənclərin qidalanma vərdişlərinin formalaşmasında ailə və məktəbin mühüm rol oynadığını vurğulayaraq, erkən yaşlardan sağlam həyat tərzinin təşviq edilməsinin vacibliyini qeyd edib. O, gündəlik həyatda su istehlakının artırılmasını, təbii və qida dəyəri yüksək olan içkilərə üstünlük verilməsini, enerji içkiləri kimi yüksək şəkərli məhsulların isə məhdudlaşdırılmasını tövsiyə edib.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Mart 2026 06:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri