AMADA dan növbəti seminar
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dörd idman federasiyasının nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edib.
Futbolpress.az xəbər verir ki, interaktiv formatda keçirilən seminarlara Güləş, Taekvondo, Qılıncoynatma və Üzgüçülük federasiyalarının idmançıları qatılıblar.
Təlimlər zamanı iştirakçılara qadağan olunmuş maddələrin siyahısı, dopinq nəzarəti prosedurları, habelə idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib. Həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsindəki əsas yeniliklər izah olunub, idmançıların sualları cavablandırılıb.
Seminarların əsas məqsədi idmançılar arasında antidopinq haqqında məlumatlılığı artırmaq, qadağan olunmuş vasitələrin istifadəsinin qarşısını almaq və təmiz idman prinsiplərini təşviq etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Noyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















