Icma.az
close
up
RU
Bu xəbər həyat xilas edir: Qan təzyiqi ölçmələrimizin 60 faizi səhv edilir

Bu xəbər həyat xilas edir: Qan təzyiqi ölçmələrimizin 60 faizi səhv edilir

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yüksək qan təzyiqi dünyada 1 milyarddan çox insana təsir edir. 49 yaşdan yuxarı qrupda sağlamlığa risk edən amillər arasında birinci yerdə olan qan təzyiqi hər il dünyada təxminən 11 milyon insanın ölümünə səbəb olur. Kordobadakı Reina Sofia Xəstəxanasında çalışan kardioloq, İspaniya Kardiologiya Cəmiyyətinin üzvü Manuel Anguita əksər insanların təzyiqi düzgün ölçmədiyini, bu səbəbdən də səhhətlərində ciddi problemlər yaşandığını, hətta ölümə yol açdığını deyib. 

News24.az “Sherg.az”a istinadən bildirir ki, M.Anguita bu ölçmələrin kritik olduğunu, çünki arterial hipertansiyonun "səssiz qatil"ə çevrildiyini ifadə edərək "Simptomları yüngül olsa da, müalicə olunmazsa, ürək, beyin, böyrəklər və ümumilikdə bütün arterial sahəyə təsir edir. Hipertoniya xroniki böyrək çatışmazlığının, ürək çatışmazlığı və insultun ən çox yayılmış səbəbləri arasındadır və eyni zamanda miokard infarktı üçün əsas risk faktorudur”, deyib. Qan təzyiqinin ölçülməsi nə qədər vacibdirsə, qan təzyiqini dəqiq ölçmək də bir o qədər vacibdir. Ancaq qan təzyiqi həmişə dəqiq ölçülmür. İspan Hipertoniya Dərnəyinin prezidenti Jose Antonio Garcia Donaire, "Hazırda qan təzyiqi ölçmələrimizin 60 faizi səhv edilir. Bu səhv həm evdə, həm də məsləhətxanalarda edilə bilər. Səhvlərə çox tez-tez rast gəlinir”, söyləyib. 

Avropa Hipertoniya Cəmiyyətinin təlimatlarına əsasən, qan təzyiqi harada ölçülsə, ölçmə sakit bir mühitdə aparılmalı və ölçmə zamanı və ya ölçmələr arasında xəstə ilə danışılmamalıdır. Xəstə qan təzyiqinin ölçülməsindən əvvəl 3-5 dəqiqə oturub dincəlməli, ölçmədən 30 dəqiqə əvvəl siqaret çəkməməli, kofein qəbul etməməli, heç bir şey yeməməli və fiziki məşq etməməlidir. İnsanın duruşu da mühüm əhəmiyyət kəsb edir. Xəstədən oturması, kürəyini stulun arxasına söykəməsi, ayaqlarını çarpazlaşdırmaması, ayaqlarını yerdə saxlaması və ölçü qolunu ürəyi ilə eyni səviyyədə masanın üzərinə qoyması tələb olunur.

 Donaire, "Qan testi verdiyiniz zaman nəticələr obyektiv olur. Ancaq qan təzyiqiniz daim dəyişir, ona görə də bu tövsiyələrdən kənara çıxmaq ölçmənin qeyri-dəqiq olmasına səbəb ola bilər" deyib. Bu yaxınlarda "JAMA Internal Medicine" elmi jurnalında nəşr olunan bir araşdırma, qolun vəziyyətinin qan təzyiqinin ölçülməsinə təsirini araşdırdı. Nəticələr Donaireyi təsdiqləyib. Buna uyğun olaraq, ölçmə zamanı qolun qucağa qoyulması və dəstək olmadan aşağı asılması kimi çox istifadə edilən üsullar hipertoniya diaqnozunun səhv qoyulmasına səbəb ola bilər. Tədqiqatçılar müəyyən ediblər ki, qolu qucağa qoymaq sistolik (sistolik) qan təzyiqinin olduğundan 4 mmHG, diastolik (diastolik) təzyiqin isə olduğundan 4 mmHG yüksək olmasına səbəb olub. 

Qolu dayaq olmadan asmaq sistolik göstəricinin 7 mmHG, diastolik isə 4 mmHG yüksək olması ilə nəticələnib. Normal qan təzyiqinə gəldikdə, sistolik 120 mmHG, diastolik isə 80 mmHG hesab olunur (120-80). Avropada 140/90 və yuxarı göstəricilər hazırda hipertoniya diaqnozu – yüksək təzyiq hesab edilir. M.Anguita, "bu araşdırma bizə göstərir ki, qan təzyiqinizi davamlı olaraq qolunuzu dəstəkləmədən səhv ölçsəniz, civədən az qala 7 millimetr yüksək nəticə əldə edəcəksiniz. Bu, sistolik təzyiqdə 135 ilə 142 arasındakı fərqə uyğundur. Yəni hipertoniya xəstəsi diaqnozu qoyulan insanla hipertoniya diaqnozu qoyulmayan insan arasındakı fərqi müəyyən edir", söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri