Icma.az
close
up
RU
Bu xəstəliklərin əməliyyatı pulsuzdur TƏBİB açıqladı

Bu xəstəliklərin əməliyyatı pulsuzdur TƏBİB açıqladı

News24 saytına istinadən Icma.az xəbər verir.

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər xoşxassəli və bədxassəli olmaqla müxtəlif xüsusiyyətlərə malik ola bilər.

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ötən il ərzində Xidmətlər Zərfi çərçivəsində 450-dən çox xoşxassəli beyin şişinin çıxarılması əməliyyatı icra olunub. 

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib. 

Xoşxassəli şişlər ləng inkişaf edir və orqanizmin digər hissələrinə yayılmırlar (metastaz vermirlər). Lakin ətraf toxumalara təzyiq göstərərək nəticədə nevroloji və şişin yerləşməsinə aid simptomlar əmələ gətirir və müəyyən ölçülərə çatdıqda həyati təhlükə yaratmağa başlayırlar. Beyin şişləri baş ağrısı, nitqin pozulması, yaddaş itkisi, görmə və eşitmə problemləri, başgicəllənmə, əl və ayaqlarda keyimə, hərəkətin çətinləşməsi, ürəkbulanma və ya qusma kimi simptomlarla müşahidə olunurlar.

Xəstəliyin diaqnostika və müalicəsi nevropatoloq və neyrocərrah tərəfindən aparılır. Pasiyentin şikayətlərinə əsasən həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Beyin şişlərinin aşkarlanması və müalicəsi üçün lazım olan ixtisaslı həkim müayinəsi, MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ, laborator analizlər, digər müayinələr və cərrahi əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.

Əsas müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. İcra edilən cərrahi əməliyyat, stasionarda yatış zamanı istifadə edilən dərman, tibbi sərf və anesteziya, qidalanma, biopsiya və patohistoloji  müayinələr icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, beyin və digər lokalizasiyalı şişlərin inkişafı radiasiya, müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, genetik faktorlar, immun sisteminin zəifləməsi və s. ilə əlaqələndirilir. Beyin şişlərinin xüsusi profilaktik tədbirləri olmasa da, erkən diaqnoz xəstələrin sağalma şansını yüksəldir. Bu səbəbdən şübhəli simptomlar müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək çox vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri