Bu xəstəliyə diqqət: Hamı onu adi allergiya bilir, amma həyatı məhv edir
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İlk baxışda sadəcə adi bir allergiya kimi görünür. Amma gerçəkdə bu həm uşaqlarda, həm də böyüklərdə həyat keyfiyyətini ciddi şəkildə azaldan xroniki dəri xəstəliyi – atopik dermatitdir.
News24.az xəbər verir ki, qızartı, quruluq və daimi qaşıntı ilə özünü göstərən bu xəstəlik təkcə dərini deyil, psixoloji sağlamlığı da təsirləyir. Uşaqlarda diqqət dağınıqlığı və təhsil nəticələrinin zəifləməsi, böyüklərdə isə anksiyete və depressiya kimi problemlərə səbəb ola bilir.
Türkiyəli professor Müge Güler Özden atopik dermatitin msəbəbləri və təsirləri barədə danışıb:
“Bu xəstəlik davamlı qaşıntı hissi yaradır və simptomlar daha da pisləşir. Dəri ilə yanaşı, psixoloji gərginlik, yuxusuzluq və sosial təcrid kimi hallara da yol aça bilir”.
Mütəxəssisə görə, atopik dermatitin yaranmasında yalnız allergiyalar deyil, immun sistemindəki pozulma və dəri baryerinin zəifləməsi əsas rol oynayır.
Hazırda atopik dermatit tamamilə müalicə edilə bilməsə də, düzgün qulluq, allergenlərdən uzaq durmaq və stressi idarə etmək xəstəliyi nəzarət altında saxlamağa kömək edir.
Aqil Qarayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Oktyabr 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















