Icma.az
close
up
RU
Bu yaş qruplarına kənardan futbolçu cəlb etmək çox çətindir Aftandil Hacıyev

Bu yaş qruplarına kənardan futbolçu cəlb etmək çox çətindir Aftandil Hacıyev

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Bir neçə futbolçumuz əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar".

Fanat.Az verir ki, bunu “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, aşağı yaş qruplarından ibarət kollektivlərin hazırkı durumu barədə danışıb:

"Akademiyanın komandaları hazırlığı və mövsümün ikinci hissəsində mübarizəni davam etdirirlər. Qış fasiləsinə qədər olan dövrdə əksər futbolçularımız bir yaş böyüklərdən ibarət komandalarda forma geyinirdi. Hətta yoxlama görüşlərində əsas komandaya qoşulan yetirmələrimiz də oldu. Onların inkişafı üçün addımlar atılır. Bu, dayanmadan davam etməlidir. Klub və akademiya rəhbərliyi mövsümün ikinci hissəsində də komandaların, futbolçuların, məşqçilərin inkişafı üçün lazım olan hər şeyi edəcək".

Futbol funksioneri çempionluq mübarizəsi aparan U-19, U-17, U-16 və U-15 kollektivlərinin şanslarını dəyərləndirib:

"U-15 və U-16 mayda pley-off mərhələsində oynayacaqlar. Onların nəticələri nə qədər önəmli olsa da, inkişafları daha vacibdir. Futbolçuların növbəti mövsüm üçün daha yüksək yaş qruplarında oynamağa hazır olması çox önəmlidir. Bu yaş qruplarından bir futbolçumuz artıq əsas komanda ilə hazırlıq keçir. Əsas məqsədimiz onları qısa zamanda böyük futbola çatdırmaq, istedadlarını açmaq üçün şərait yaratmaqdır. Təbii ki, mayda pley-offda nəticələr yaxşı olanda biz də sevinirik. Amma əsasən futbolçuların daha yüksək yaş qruplarına hazır olmasına fokuslanmışıq. U-17 və U-19 komandaları üçün uzun müddətdir seleksiya aparılır. Bu yaş qruplarında kənardan futbolçu cəlb etmək çox çətindir. Ona görə əlimizdə olan heyətlə nəticələrin daha yaxşı olmasına çalışırıq. Ən önəmlisi bu futbolçuları əvəzedici və əsas heyət üçün yetişdirməkdir. Artıq bir neçə futbolçumuz əsas, bəziləri əvəzedici komandanın məşqlərinə qoşulurlar. Bizi daha çox onların peşəkar futbola qədəm qoymaları maraqlandırır".

A.Hacıyev komandaların qarşıdakı dövrdə bir sıra turnirlərdə iştirak edə biləcəyini vurğulayıb:

"Bir çox ölkələrdə qışa qədər turnirlər keçirilmir. Qarşıda qatıla biləcəyimiz bir sıra turnirlərlə bağlı danışıqlar aparırıq. Bu yarışların təşkilatı işləri başa çatıb və təsdiq gözləyirik. Bir neçə komandamız yaya qədər beynəlxalq turnirlərdə iştirak edə bilər. Yaxın müddətdə bu komandalar və turnirlər dəqiqləşəcək. İldən-ilə qatıldığımız turnirlərin səviyyəsinin yüksəlməsi barədə düşünürük. Bu il ötən ilki ilə müqayisədə daha keyfiyyətli yarışlara qatılmağa qərar vermişik. Futbolçularımız və məşqçilərimiz bu sınaqlardan çox yaxşı təcrübə qazana bilərlər".

Koordinator akademiyanın “Sərhədçi” İdman Mərkəzinə köçürüləcəyini söyləyib:

"Bütün akademiyanın indi eyni məkanda – “Sərhədçi” İdman Mərkəzinə köçürülməsi planlaşdırılır. Bunun gerçəkləşməsini istəyirik ki, bütün komandalar nəzarət altında və bir yerdə olsun. Amma meydan amili var. Bir meydan ilə çox çətin olur. Kiçik ikinci meydançanın istifadəmizə verilməsi müzakirə olunur. Bundan sonra akademiyanın eyni məkanda olması işimizin keyfiyyətini artıra bilər".

O, “Qarabağ”ın əsas komandasının üzvlərinin milli komandanın özəyini təşkil etdiyini xatırladıb:

"Son 2 ildə akademiyadan da kifayət qədər oyunçu yığmalara dəvət alır. Qısa müddətdə bu rəqəm təxminən ikiqat artıb. Əvvəl akademiyamız millilərə 16-18 futbolçu verirdisə, indi bu rəqəm 32-33-ə çatır. Bu, bizi sevindirir. Akademiyanın ölkə futboluna fayda verməsi önəmlidir. Onların sabit çıxışı, həm klub, həm millidə oynamağa indidən öyrəşməsi vacibdir. Buna görə də biz daim millilərin məşqçiləri ilə sıx əlaqədə oluruq və belə davam edəcəyik. Belə artım bu müddətdə görülən məqsədyönlü işlərin nəticəsində mümkün olub. Yaxşı seleksiya işləri aparılıb. Bütün yaş qrupları üzrə istedadlı futbolçuların akademiyamıza cəlb edilməsi üçün xeyli əməli addımlar atılıb. Bu seleksiya işləri həm Bakıda, həm regionlarda aparılıb. Yığmalardakı təmsilçilərimizin sayındakı artıma səbəb olan ikinci amil bu futbolçularla aparılan yaxşı işdir. Məşqçilər korpusu da xeyli yaxşılaşdırılıb. Artıq akademiyamızda Pro kateqoriyalı 3 məşqçi çalışır. Bu da bir akademiya üçün kifayət qədər yüksək göstəricidir. A, B və C lisenziyası olan xeyli məşqçilərimiz var. Onların işə yanaşması, futbolçularla apardığı işlər də öz müsbət təsirini göstərir. Digər amil isə şəraitin yaxşılaşdırılmasıdır. Komandalarımız beynəlxalq turnirlərə göndərilib. Bu da futbolçuların istər dünyagörüşü, istər oyun keyfiyyətlərinin artmasına təsir göstərir. Təlim-məşq bazamızda müəyyən müsbət işlər görülüb, texnologiyanı inkişaf etdirməyə çalışmışıq. Bunların hər biri dəstəkləyici amillərdir.

Aftandil Hacıyev müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edən oyunçuların bir çoxunun gələcəkdə əsas millidə görə biləcəyimizi deyib:

"Sırf istedad və yanaşma baxımından bu futbolçuların hər biri əsas yığmaya qədər yüksələ bilər. Bir neçə oyunçumuz da var ki, fiziki cəhətdən geri qaldıqları üçün millilərə dəvət almırlar. Amma biz onların potensialına bələdik, şübhəmiz yoxdur. Onlara bunun üçün lazım olan vaxtı vermişik və inkişaflarına təkan olmağa çalışırıq ki, bu oyunçuları milli komandalarımıza qazandıra bilək. Bundan əlavə, futbolçuların A milli komandaya qalxması üçün təkcə mənim, “Qarabağ” akademiyasının imkanları kifayət etmir. Bunun üçün həm çıxış etdikləri aşağı yaş qrupları üzrə yığmalar, həm peşəkar karyeralarını quracaqları klubların rolu olacaq. Bu klublar “Qarabağ” da, digərləri də ola bilər. Təbii ki, bu qədər futbolçunun hamısı “Qarabağ”ın əsas komandasında oynamayacaq, başqa klublarda da çıxış edəcək. Yəni bir futbolçunun əsas milliyə yüksəlməsi üçün kənar amillər də rol oynayır. Onun özü, klubu, rəqabət mühiti, ailəsi və digər amillər futbolçunun inkişafında müstəsna rola malikdir. Bunların hamısı bir yerdə toplanarsa, bu istedadlı futbolçularımızın əksəriyyətini əsas yığmada görə bilərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Fevral 2025 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see181

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see141

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see140

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri