“Bu, yaxşı hal deyil, bir birimizə qarşı niyə düşmən olmalıyıq?”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ölkədə bu barədə çox söhbət gedir, sosial şəbəkələrdə insanların bir-birinə düşməncəsinə həqarət etməsini, söyməsini görürük. Bu, heç də yaxşı hal deyil. Biz bir-birimizə qarşı niyə düşmən olmalıyıq?”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Redaktor.az-a açıqlamasında orta məktəblərdə vahid geyim tərzi ilə bağlı yaranmış müzakirələrə münasibətində bildirib.
O, məsələyə həm dini, həm də dövlət qanunvericiliyi nöqteyi-nəzərindən yanaşaraq maraqlı paralellər aparıb: “Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, ora şortiklə girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla olmaq olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər”.
Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd edib: “Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 12 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















