Icma.az
close
up
RU
Bu yay ehtiyyatlı olun Gənələr ölüm saçır; Qanaxma, qusma...

Bu yay ehtiyyatlı olun Gənələr ölüm saçır; Qanaxma, qusma...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ərzurumda Səhiyyə İdarəsi yay aylarında sürətlə yayılan və təhlükə saçan Kırım Kongo Qanamalı Qızdırması (KKKA) xəstəliyinə qarşı vətəndaşlara xəbərdarlıq edib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, virus xüsusilə yaz və yay aylarında  aktivləşən gənələr vasitəsilə və ya xəstə heyvanlarla təmas nəticəsində insana keçir.

Qeyd olunur ki, bu təhlükəli virus ilk dəfə 2002-ci ildə Türkiyənin Tokat bölgəsində aşkarlanıb və hazırda Ərzurum da daxil olmaqla bir çox bölgədə geniş yayılıb.

Açıqlamada bildirilir ki, xəstəliyin ən geniş yayılma yolu gənə dişləməsidir. Eyni zamanda, böyük və kiçikbaş heyvanların qanı, əti, sidiyi və digər bədən mayeləri ilə təmas zamanı da virus insana keçə bilər. İnsandan insana isə daha çox xəstə şəxsin qanı, tüpürcəyi, sidiyi və digər mayeləri ilə birbaşa təmas zamanı yoluxur. Xüsusilə səhiyyə işçiləri risk altındadır.

Xəstəliyin əsas əlamətləri bunlardır:

Gənə dişləməsindən sonra 1-3 gün (ən çox 9 gün) ərzində, viruslu qan və ya bədən mayesi ilə təmasdan sonra isə 5-6 gün (ən çox 13 gün) ərzində baş verir. Ani başlayan yüksək hərarət, baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq, iştahasızlıq, ürəkbulanma, qusma, qarın ağrısı və ishal müşahidə oluna bilər. Xəstəlik ağırlaşdıqca burun, diş əti və dəri altı qanamaları, sidikdə və nəcisdə qan, qaraciyər və böyrək çatışmazlığı baş verə bilər. Vaxtında müalicə olunmadıqda ölüm riski artır. Xüsusi dərmanı yoxdur, müalicə simptomlara uyğun aparılır.

Piknik və ya tarlaya gedərkən uzunqollu paltar, uzun şalvar və çəkmə geyinmək tövsiyə olunur. Şalvarın balaqları corabın içinə salınmalıdır. Gənə olan ərazilərdən qayıdarkən bədəni, xüsusən qulaq arxası, qoltuqaltı, qasıq və diz arxası yaxşı yoxlanılmalıdır. Əgər gənə varsa, onu əzmədən, fırlatmadan, pincet və ya əlcək vasitəsilə çıxarmaq lazımdır. Əgər çıxarmaq mümkün deyilsə, dərhal həkimə müraciət edilməlidir. Gənə çıxarıldıqdan sonra həmin yer antiseptiklə (məsələn, kolonyayla) təmizlənməlidir.

Gənənin üstünə siqaret basmaq, spirt və ya başqa maye tökmək olmaz. Bu, mikrobların daha sürətlə yayılmasına səbəb ola bilər. Xəstə heyvanların qanı və orqanları ilə birbaşa təmasdan uzaq durmaq lazımdır. Gənə ilə təmasdan sonra 10 gün ərzində hərarət, əzələ ağrısı, qanama kimi şikayətlər yaranarsa, mütləq həkimə müraciət edilməli və gənə təması barədə məlumat verilməlidir.

Rəvan Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri