Bu yazıçı da AYB dən getdi: Görün nələr yazdı... FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Yazıçı Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyindən çıxıb.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə yazar sosial media hesabında qeyd edib.
O bildirib ki, Birlikdən ayrılmasına səbəb üzvlük haqqı deyil:
"Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o, cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram. Nə isə. Fikrimi ilk dəfə burdan bildirirəm: xoşca qalın, getdim".
Qeyd edək ki, AYB üzvlük haqqı ödəməyən yazıçılara xəbərdarlıq edib və onlara fevralın 1-nə qədər vaxt qoyub. Birlikdən bildirilib ki, ödəniş etməyən yazıçıların adları əlifba sırası ilə dərc olunacaq və onlar xaric olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Yanvar 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















