Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Bu yazını oxuyun ki, qışda xəstələnməyəsiniz Həkimdən faydalı TÖVSİYƏLƏR

Bu yazını oxuyun ki, qışda xəstələnməyəsiniz Həkimdən faydalı TÖVSİYƏLƏR

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"İnsanın immuniteti onun orqanizminin kənardan daxil olan yad maddələrə qarşı mübarizəsi, eyni zamanda orqanizmin daxilində yaranan və artıq öz dövrünü keçmiş digər xəstəlik əmələ gətirə bilən maddələrdən uzaqlaşdırılması qabiliyyətidir. İmmunitet çox güclü bir anlayışdır və onun insan orqanizmində rolunu saatlarla danışmaq olar".

Bu sözləri həkim-terapevt Arzu Hüseynova Redaktor.az-a açıqlamasında bildirdi. Onun sözlərinə görə, immun sistemi üçün əsas cavabdeh orqan timus vəzisi, qırmızı sümük iliyi və insanın qaraciyəridir:

"Bu orqanlar bilavasitə insanın immun sisteminin formalaşmasında və immun reaksiyaların əmələ gəlməsində böyük rol oynayırlar. Bu gün iki cür immunitet var: humoral immunitet və insanın özünün hüceyrə immuniteti. Humoral immunitet immunoqlobilinin təsiri nəticəsində əmələ gəlir. Ona görə də insan bədənində əmələ gələn antitellər digər xaricdən daxil ola bilən lazımsız, yəni sərbəst radikalların qana daxil olmasının, bədəninə daxil olub orada parçalanma aparmasının qarşısını alır. Bu gün bizim üçün əsas odur ki, immunitetimiz yüksək olsun. Bunun üçün birincisi düzgün qidalanmaq lazımdır. Yəni qidamızın tərkibində hər şey olmalıdır: yağ, karbohidrat, bitkilər, vitaminlər və s. Sadəcə olaraq bunların arasındakı proporsionallıq pozulmamalıdır. Orqanizmə hər şey daxil olmalıdır. Qış aylarında xüsusilə vitamin mənşəli maddələr - bitkilər, meyvələr, tərəvəzlər, müəyyən qədər bioloji aktiv fəallığa malik olan qidalar istehlak olunmalıdır.

İkincisi, çox miqdarda maye qəbul etmək lazımdır. Adi suyun orqanizmdə çox böyük rolu var. Qanın laxtalanma sistemində, orqanların işləməsində, böyrəklərin normal funksiya göstərməsində və mədə-bağırsağının normal işləməsində çox böyük rolu var. Qış aylarında heç olmasa, gündə bir litr yarım, iki litrə qədər maye qəbul etmək lazımdır. Yayda isə bunu üç litrə qədər qaldırmaq olar".

Terapevt qeyd etdi ki, idmanla məşğul olmaq lazımdır.

"Kimdəsə hansısa problem varsa, onu nəzərə alaraq ən azından öz evində müəyyən fiziki hərəkətləri etməlidir. Normal gecə yuxusu mütləq olmalıdır. Bu dəqiqə dəb düşüb, çox insanlar gecə yox, gündüz yatırlar. Bundan böyük səhv yoxdur. Çünki insan orqanizmində immun sisteminə cavabdeh olan əsas vacib mexanizmlərdən biri fizioloji yuxunun düzgün formalaşdırılmasıdır. Gecə melatonin deyilən bir hormon ifraz olunur, hansı ki, gün ərzində insanın əsəblərini sakitləşdirir, bədəndə müəyyən qədər restavrasiya işlərinin getməsinə kömək olur. Amma gündüz oyaq vaxtı biz hərəkətdə olmalıyıq. Əgər bunların yerini dəyişiriksə, immun sisteminə böyük zərər vururuq", - deyə A.Hüseynova vurğuladı.

Həkim immun sisteminə qulluqla bağlı bir neçə faydalı məsləhətlər də söylədi:

"İçki, siqaret, narkotik kimi zərərli maddələrdən uzaq olmaq lazımdır. Energetik içkilərin qəbulu immun sistemi zəncirini çox qırır. Maksimal dərəcədə stresslərdən uzaq olmaq lazımdır. Stress deyərkən xaricdən gələn hər hansı bir xoşagəlməz hadisədən başqa, biz özümüzə də daxildən stress verə bilirik. Bu, kəskin kökəlmə, kəskin arıqlama, xoşagəlməz müəyyən pəhrizlərin saxlanması, artıq əməliyyatların, xüsusən də plastik əməliyyatların dalbadal olunmasının immun sistemə çox ciddi təsirləri var. Maksimal dərəcədə otaq şəraitindən çıxıb, arada təmiz havada nəfəs almaq lazımdır. Qış da olsa, qar, yağış, çovğun da olsa, biz mütləq gün ərzində bir neçə saat təmiz havada olmalıyıq. İnfeksion və digər xəstəliklərin hamısını isə axıra qədər müalicə etmək lazımdır ki, bir azca soyuqdəyməsi olan adam bir-iki günə sağalsın. Əks halda bunların hamısının qalığı qalıb gələcəkdə daha ağır formada üzə çıxa bilər".

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri