Bu yolda nişanlanmada səhv var? VİDEO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində hərəkətin təşkilində və nişanlanmada ziddiyət var.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yolun "Azərbaycan Dəmir Yolları"nın yanından keçən hissəsində yerdə məcburi hərəkət nişanı qoyulsa da, oxlanma ilə çəkilən xətdə nişanın əksinə dönməyə icazə verilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, yol hərəkətinin təşkili və texniki vasitələrin tətbiqi bir-biri ilə uzlaşmalıdır. Ancaq sözügedən yolda buna əməl edilməyib.
Ekspert deyir ki, həmin yolayrıcında mövcud vəziyyətə görə heç bir sürücü cərimələnə bilməz. Ərazidə məcburi hərəkət nişanı 5.8.1 nişanı ilə əvəzlənməlidir. Əks halda, sola və geriyə dönməyi bildirən xətlənmə silinməlidir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, artıq sözügedən əraziyə baxış keçirilib, uyğunsuzluq aradan qaldırılıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















