Icma.az
close
up
RU
Bu, “Zəngərzur dəhlizi”nə qarşı çıxan dairələrə açıq mesaj idi Mövqe

Bu, “Zəngərzur dəhlizi”nə qarşı çıxan dairələrə açıq mesaj idi Mövqe

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlı olan Azərbaycan-Türkiyə-Pakistanın dövlət başçılarının ikinci Zirvə görüşü bir çox mühüm məqamları ilə əlamətdar tarixi hadisə idi. 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, birincisi, Zirvənin Azərbaycanın Müstəqillik Günündə, məhz erməni işğalından azad edilmiş Şərqi Zəngəzurda - Laçında keçirilməsi rəmzi məna daşıyırdı: “Belə ki, hər üç dost ölkə bütün zamanlarda suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi, mənəvi dəstəyi qürurla xatırlayırıq. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan da öz növbəsində daim Türkiyə və Pakistanın yanında olub. Pakistan və Hindistan arasında baş verən sonuncu gərginlikdə biz bu dəstəyi real nümunisini bir daha yaxından izlədik. Bütün bunlara rəğmən regionda ciddi aktor sayılan hər üç ölkə liderlərinin Laçına gəlməsi, səsləndirdiyi bəyanatlar, verdiyi mesajlar Cənubi Qafqazda sülh və əminamanlıq, uzunmüddətli təhlükəsizliyin təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir. 

İkincisi, Laçın Zirvəsi 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib Azərbaycan, Türkiyə və Pakistanın strateji mövqeyindən və dinamik iqtisadi potensialından istifadə etməklə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından geniş imkanlar vəd etdi. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inam ifadə olundu. “Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir” deyən Azərbaycan lideri qarşılıqlı ticarət dövriyyəsinin şaxələndiriləcəyi və artırılacağı anonsunu verdi. Burada Azərbaycan və Türkiyə nümunəsi xüsusilə diqqət çəkir. İki ölkə arasında uğurlu enerji əməkdaşlığı yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsini dəyişib, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən “Orta Dəhliz”i təşkil edən Şərq-Qərb, Cənub-Qərb, Şimal-Cənub strateji nəqliyyat yollarında multimodal yük marşrutunun inkişafı ilə bağlı rəsmi İslamabadın təşəbbüsləri və yaxından iştirakı böyük ümidlər vəd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərdən dərhal sonra jurnalistlərə açıqlamasında “Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək” bəyanatı isə sözügedən dəhlizə qarşı çıxan dairələrə açıq mesaj idi.

Laçın Zirvəsi, bu çərçivədə açılışı olan infrastuktur layihələri, xüsusilə Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması həmçinin, 30 illik işğaldan sonra bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsinin təzahürü sayılmalıdır: Hava limanı eyni zamanda Şərqi Zəngəzurun dünya ilə inteqrasiyasına mühüm töhfə verəcək, digər uğurlu əməkdaşlıq sahəsi sayılan turizm əlaqələrinin gücləndirilməsini şərtləndirəcək. 

Üçüncüsü, Müdafiə sahəsində əməkdaşlıq hər üç ölkənin tərəfdaşlığında önəmli istiqamətlərdən birini təşkil edir. Bu xüsusda birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən digər layihələr ciddi potensiala malikdir. Və ən əsası sözügedən əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyə xidmət edir. Rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrininin araşdırılmasının gündəmə gətirilməsi isə daha böyük perspektivlərin müjdəçisi sayılmalıdır. Beləliklə, yerləşdiyimiz coğrafiya və ümumilikdə regionda baş verən siyasi kataklizmlər, yeni çağırışlar, dünyanın iqtisadi çətinliklər, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla üz-üzə qaldığı bir vaxtda belə bir üçtərəfli əməkdaşlıq formatının mövcudluğu, dost ölkələr arasında həmrəylik ciddi önəm kəsb edir. Türkiyə Prezidentinin də qeyd etdiyi kimi bu bir seçim deyil, zərurətdir. Başqa sözlə, qütbləşmənin dərinləşdiyi, beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyi bir dönəmdə qarşılıqlı dəstəyə əsaslanan, dərin tarixi-mənəvi tellərlə bağlı olan Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı həyati əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, zamanın sınağından keçmiş bu münasibətlər xalqların mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə, firavanlığa mühüm töhfələr verəcək. Ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələr arasında ortaq baxışı əks etdirən güclü bir çərçivə sənədinin hazırlanması xəbəri isə əməkdaşlığın institusional səviyyəyə çatdırılacağına şübhə yeri qoymur”.

Mürtəza
Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri