Icma.az
close
up
RU
® Mərkəzi Gömrük Hospitalında bud çanaq və diz oynaqlarının endoprotez əməliyyatları uğurla icra olunur

® Mərkəzi Gömrük Hospitalında bud çanaq və diz oynaqlarının endoprotez əməliyyatları uğurla icra olunur

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Gömrük Hospitalının Travmatologiya və ortopediya şöbəsinin rəisi tibb üzrə fəlsəfə dokrotu, travmatoloq-ortoped Ramin Rzayev koksartroz, qonartroz xəstəliyi və endoprotez əməliyyatları barədə suallarımızı cavablandıırb.

-Həkim, koksartroz və qonartroz nədir və necə müalicə olunur?

-Koksartroz bud-çanaq oynaqlarının, qonartroz isə diz oynaqlarının inkişaf edən degenerativ xəstəliyidir, oynaq qığırdağının atrofik dəyişiklikləri ilə başlayan və onun dağılması nəticəsində deformasiyaya uğrayan prosesdir. Birincili (idiopatik – səbəbi bəlli olmayan) və ikincili (postravmatik, oynağın iltihabi xəstəlikləri, displaziya) kimi təsnif edilir. Xəstəlik 45 yaşdan yuxarı xəstələrdə adətən oynaqda ağrı ilə başlayır və bud-çanaq oynaqlarında ağrı qasıq, sağrı, bud nahiyələrinə, diz oynaqlarında isə baldıra yayıla bilir. Xəstəlik inkişaf etdikcə ağrılar istirahət halında da yaranır, gecə ağrıları müşaiyət olunaraq davamlı xarakterli olurlar. Oynaqdan hərəkət zamanı “xırtıltı səsi”nin gəlməsi, sonradan hərəkət məhdudluğunun yaranması xəstəliyin əsas əlamətlərindən hesab edilir. Bud-çanaq və diz oynaqlarının oynaqətrafı digər patologiyaları kliniki və instrumental müayinələrlərlə (Rt, MRT, CT, Densitometriya, Sintiqrafiya, qan-labarator analizlər) dəyərləndirildikdən sonra müvafiq müalicəsi aparılır.

I-II dərəcəli koksartroz və qonartrozlar bir qayda olaraq konservativ müalicə olunur. III-IV dərəcəli koksartroz və qonartrozların müalicəsi xüsusən də davamlı kəskin ağrı, hərəkət məhdudluğu ilə müşayiət olunursa, cərrahi (endoportez-artrplastika) yolla müalicə edilməlidir. Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşır.

-Endoprotezləşdirilmə oynaqların hansı zədələnmələri zamanı aparılır?

-Endoprotezləşdirilmə (artroplastika) zədələnmiş oynaq elementlərinin implantla əvəz edilməsidir. Gündəlik həyatımızda bud-çanaq və diz oynaqları daha hərəkətli, daha çox yüklənməyə məruz qaldığı üçün həmin oynaqlarda qığırdağın aşınması və kirəcləşməsi erkən yaranır. Endoprotez əməliyyatlarının aparılmasına əsas göstəriş oynaqlarda kəskin ağrılar, hərəkət məhdudluğunun yaranması ilə müşayiət olunan və konservativ müalicəsi mümkün olmayan xəstəliklərin yaranmasıdır. Həmin xəstəliklərə displastik koksartroz, yaşlılarda bud sümüyünün boynunun sınıqları, III-IV dərəcəli deformasiyaedici osteoartrozlar, psevdoartroz, oynaqların postravmatik deformasiyası, Bexterev xəstəliyi və ankiloz aid edilir.

Bud-çanaq və diz oynaqlarının endoprotezləşdirilməsi əməliyyatları oynaqların zədələnmiş elementlərini implantla əvəz edib anatomik formasını və hərəkətləri bərpa edərək ağrı sindromunu, hərəkət məhdudluğunu aradan qaldırmaqla xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün icra edilir.

-Bud-çanaq və diz oynaqlarının endoprotez əməliyyatlarından sonra reabilitasiya dövrü nə qədərdir?

-Bud-çanaq oynaqlarının implantla əvəz ediılməsi bir çox xəstəliklər zamanı aparılır və qoyulmuş implantın növündən, xəstənin yaşından asılı olaraq reabilitasiya dövrü fərqlidir. Əməlyyatdan sonra bütün xəstələrə əməliyyatın birinci günündən etibarən oynaqda hərəkət amplitudasının artırılması, aşağı ətraf əzələlərinin reabilitasiyası üçün xüsusi idman hərəkətləri verilir. Bütün xəstələr endoprotez əməliyyatının ilk günündən etibarən aktivləşdirilir (çarpayıda otuzdurulur) və əməliyyatdan sonra maksimum ikinci günündən xəstələr yeridilir. Əməliyyatdan sonra 3-4 həftə çəliklə və sonra çəlliksiz aşağı ətraflarını tam yükləyərək yeriməklə xəstələrin ilkin reabilitasiyası 4-6 həftə və tam reabilitasiyası 3-6 ay davam edir.

Diz oynaqlarının endoprotez əməliyyatı demək olar ki, sementli növ implantla icra edildiyindən xəstələr əməliyyatın ikinci günündən etibarən 3-4 həftə aşağı ətraflarını tam yükləməklə çəlliklə yerimək və sonra çəliklsiz yeriməklə aktivləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri