Budapeşt Qərb və Şərq ödəniş sistemlərinin uyğunlaşdırılması prosesində halqaya çevrilir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Budapeşt, 26 noyabr, AZƏRTAC
Çində səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, Çin və Avropa arasında əməkdaşlıq tamamilə yeni ölçüyə keçə bilər və keçməlidir.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, uğurun şərti Şərq və Qərb ödəniş sistemlərinin uyğunlaşdırılmasına nail olmaqdır.
“Sevindirici haldır ki, bu məqsədə Macarıstanın iştirakı və ölkənin texnologiyalarının köməyi ilə nail olmaq olar. Macarıstanın “Cardnet” şirkəti və Çinin “Macau Pass” şirkəti Asiya və Avropa ödəniş və hesablaşma sistemlərini birləşdirən ödəniş platformasının yaradılması haqqında saziş imzalayıblar”, - deyə nazir bildirib.
P. Siyarto II Çin Beynəlxalq “Təchizat Zənciri” Sərgisində (China International Supply Chain Exhibition - CISCE) iştirak etmək üçün Çində səfərdədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Noyabr 2024 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















