Icma.az
close
up
RU
Budapeştə bir nömrəli hazırlıq: Azərbaycanın dünya çempionatında yeni qızıl şansları

Budapeştə bir nömrəli hazırlıq: Azərbaycanın dünya çempionatında yeni qızıl şansları

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Cüdo üzrə dünya çempionatının başlamasına cəmi iki həftə qalıb. Turnir iyunun 13-də Budapeştdə start götürəcək. Azərbaycanın millisi artıq yarışa qatılacaq heyəti müəyyənləşdirib. Hidayət Heydərov və Zelim Kotsoyev ötən il qazandıqları titulu bu dəfə qorumağa çalışacaqlar. Amma medal ümidi yalnız bu iki Olimpiya çempionumuzla məhdudlaşmır.

İdman.biz xəbər verir ki, komanda Macarıstan paytaxtına ən güclü heyətlə yollanacaq.

Onların arasında Podqoritsada keçirilmiş Avropa çempionatında fərqlənən bir sıra cüdoçular da var. Bu turnirdə bürünc medal qazanmış Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) dünya çempionatının heyətində yer alıblar. Kotsoyev üçün Monteneqrodakı turnir Olimpiadadan sonra ilk rəsmi yarış idi və o, gümüş medal qazanaraq Parisdəki qələbədən sonra da yaxşı formada olduğunu göstərdi.

Podqoritsa medalçılarından yalnız Murad Fətiev (81 kq) Budapeşt heyətinə daxil edilməyib. Buna səbəb Avropa çempionatında aldığı zədənin onu dünya çempionatından kənarda saxlamasıdır.

Komanda, təbii ki, Budapeştə böyük ümidlərlə yollanır. Keçən il Hidayət və Zelim Əbu-Dabidə böyük sensasiyaya imza atmışdılar və indi onların titullarını qorumaları təbii gözlənti kimi qəbul olunur. Əsas məsələ isə bu dəfə hansı formada çıxış edəcəkləridir.

Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarından sonra tatamiyə çıxmayıb. Xəstəlik üzündən Avropa çempionatını da buraxıb və indi tatamiyə qayıdır. Amma keçən il Avropa, dünya və Olimpiya çempionluğunu qazanmaqla onun üçün mümkünsüz heç nəyin olmadığını sübut etmişdi. Bu səbəbdən Budapeşt turniri Heydərov üçün yeni bir motivasiya mənbəyidir.

Zelim Kotsoyev də Avropa çempionatında qazandığı gümüşdən sonra tatamiyə dönməkdən zövq aldığını bildirib. Zelim yaxşı formadadır və ikinci dünya çempionluğunu qazanmaq onun üçün bu mövsüm əsas hədəfdir. Qeyd edək ki, o, son üç dünya çempionatında ardıcıl medal qazanıb – 2022-də Daşkənddə bürünc, 2023-də Dohada bürünc və 2024-də Abu Dabidə qızıl medallar.

Amma medal iddiası yalnız yığmanın liderləri ilə məhdudlaşmır. Bütün çəki dərəcələrində mükafat şanslarımız var. Məsələn, 81 kq çəki dərəcəsində Zelim Tçkayev də əsas favoritlərdən sayılır. “Böyük Dəbilqə”nin dördqat qalibi keçən ay ilk dəfə Avropa çempionatında medal qazanıb və bu onun növbəti hədəfini aydın göstərir.

Zədədən qayıtdıqdan sonra Astanada “Böyük Dəbilqə” turnirini qazanan Elcan Hacıyev (90 kq) də medal uğrunda mübarizəyə hazırdır. Ötən ilin Avropa çempionu olan idmançımız dünya arenası üçün artıq tanış simadır və bu onun üçün üçüncü dünya çempionatı olacaq.

Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Vüqar Talıbov (90 kq) və Uşangi Kokauri (+100 kq) da Budapeştə yaxşı əhvalda yollanırlar. Onlar artıq beynəlxalq səviyyədə tanınırlar və sürpriz nəticələrə imza atmaq gücündədirlər. Burada əsas olan döyüşün necə keçməsidir.

Qadınlardan ibarət komanda üçün də bu dünya çempionatı mühüm mərhələ ola bilər. Leyla Əliyeva, Kö­nul Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Budapeştdə tatamiyə çıxacaqlar. Onlar ayrı-ayrı turnirlərdə potensiallarını göstəriblər, amma dünya çempionatında fərqlənmək daha çətindir. Deməli, irəliləmək üçün səbəb var.

Bu dünya çempionatı, əslində, yeni Olimpiya dövrünün başlanğıcıdır, bu səbəbdən mübarizə daha maraqlı və gözlənilməz olacaq. Xüsusilə də bu mövsüm tətbiq edilən yeni qaydalar Budapeştdə ilk böyük sınaqdan keçəcək. Daha sonra Beynəlxalq Cüdo Federasiyası bu qaydaları Los-Anceles-2028-ə gedən yolda rəsmi şəkildə təsdiq edəcək.

Qısası, çox yaxın günlərdə azarkeşləri ən yüksək səviyyədə cüdo həftəsi gözləyir. Azərbaycan idmançıları yenə də ön sırada olmağa iddialıdırlar.

Zəki Feyzullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri