Icma.az
close
up
RU
“Büdcə zərfində bəzi sahələrdə məlumatlılıq səviyyəsi azalıb”

“Büdcə zərfində bəzi sahələrdə məlumatlılıq səviyyəsi azalıb”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Qüdrət Həsənquliyev: “İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalıdır”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı öz fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Öncə işğaldan azad olunmuş ərazilərdə aparılan böyük bərpa və quruculuq işlərinə, ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına görə, hökumət üzvlərinə öz minnətdarlığımı bildirmək istəyirəm.
Komitə iclaslarında biz, iqtisadiyyatımızın neftdən asılılığından, ixracın azalması, idxalın artmasından, dövlət müəssisələrinin az vergi ödəməsindən, onlara münasibətdə tətbiq olunan güzəştlərdən geniş danışdıq, narahatlıqlarımızı ifadə etdik. Hörmətli sədr, komitələrdə geniş müzakirələrə imkan yaratdığınız üçün sizə və komitə sədrlərinə minnətdarlığımı bildirirəm.
Büdcə zərfi ilə əlaqədar görülən müsbət işləri qiymtələndirməklə yanaşı, onu da qeyd etmək istəyirəm ki, bu ilin 9 ayının iqtisadi göstəricilərinə əsasən ərzaq və sənaye məhsullarının, xidmətlərin qiymətlərinin artmasına baxmayaraq, neft və qaz sektorunda hasilatın azalması və qiymətlərinin aşağı düşməsi səbəbindən ümumidaxili məhsulun real ifadədə cəmi 1,3 faiz artması hamımızı naharat etməlidir. Bu, regionda ən aşağı göstəricidir. Büdcə zərfi ilə əlaqədar Hesablama Palatasının rəyində göstərildiyi kimi, büdcə zərfində bəzi sahələrdə məlumatlılıq səviyyəsi azalıb. Bilmirik, qeyri-neft sektorundan büdcə daxilolmalarının artımının neçə faizi yeni açılmış istehsal və emal müəssisələri hesabınadır. Burada hörmətli nazirlər tərəfindən gündə 200 yeni iş yerinin açılması qeyd olundu, çox yaxşı. Amma bilmirik gündə nə qədər insan iş yerini itirir.
Açılan iş yerlərinin hansı hissəsi istehsal və emal müəssisələrinin yaradılması hesabınadır? Başlarda vətəndaşların əmanətlərinin artırılması qeyd olunsa da, nə qədər insanın bank kreditlərinin, yəni istehlak və ipoteka kreditlərinin olması barədə məlumat verilmədi. Mətbuatda oxuduğumuz rəqəmlərdən qeyd edə bilərəm ki, 3 milyondan artıq Azərbaycan Respublikasının vətəndaşının 12 milyard 690 milyon manat borcundan söhbət gedir”.
Millət vəkili əlavə edib: “2026-cı ildə mənzil və kommunal xərcləri üçün büdcədən 334,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur: “Təmsil etdiyim Xətai rayonunda çoxsaylı yaşayış binalarında zirzəmilər kanalizasiya suları ilə dolub. Həmin ərazilərdəki torpaq sürüşmələrinin əsas səbəbi bəlkə də budur. Həyətlər işıqlandırılmır, uşaqların əylənməsi üçün yerlər yoxdur, yaxud bərbad vəziyyətdədir. Həyətlərin yolları dağılıb, binların damları bərpa olunmur, küçə itlərinin sayı artıq təhlükəli həddə çatıb. Bu problemlərin həlli üçün ayrılan vəsait bir neçə dəfə artırılmalıdır. Yalnız tikinti sektorunda investisiya mühiti üçün əlverişli biznes şəraiti yaratmaqla büdcə zərfində göstərilən kimi bu sektordan büdcəyə daxil olan vəsaitin həcmini 9,5 faiz yox, ən azı 295 faiz artırmaq olar və həmin vəsaitlər hesabına da qeyd etdiyim xərcləri qarşılamaq mümkündür”.
Qüdrət Həsənquliyev həmçinin diqqətə çatdırıb ki, qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmalarında özəl sektorun payı 77 faiz olub: “Bu rəqəm bir daha göstərir ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və özəlləşdirilməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, dövlət sərhədləri, nəhayət ki, açılmalıdır.
Hörmətli həmkarlar, hökumət üzvləri, xaricdən əmək miqrantlarının yaxınlarına göndərdikləri vəsaitin azalması səbəbindən insanların sosial durumu, xüsusilə kənd rayonlarında xeyli ağırlaşıb. Bir faktı qeyd edim ki, vaxtilə bu rəqəm 3-4 milyard dollar idi. Amma keçən il ölkəyə bu istiqamətdə 844 milyon manat vəsait daxil olmuşdusa, bu ilin birinci rübündə 85,5 milyon manat daxil olub. Azalma 44,9 faizdir. Bu da bir daha onu göstərir ki, ünvanlı sosial yardımların verilməsi üçün ayrılan 465 milyon manatlıq vəsait bir neçə dəfə artırılmalıdır. Kənd yerlərində insanlar təsərrüfatla dolana bilmirlər.
Sonda onu da qeyd etmək istəyirəm ki, hərbçilər bizim başımızı uca ediblər, dövlətimizin beynəlxalq aləmdə nüfuzunu artırıblar, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün cəmi 35 milyon manat vəsait ayrılır. Hesab edirəm ki, bu vəsait də bir neçə dəfə artırılmalıdır.
Və sonda ümid edirəm ki, bizim qaldırdığımız məsələlər, Hesablama Palatasının tövsiyələri hökumət tərəfindən nəzərə alınacaq və 2026-cı il ölkəmizdə böyük islahatlar ili olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri