Icma.az
close
up
RU
Budur şəffaflıq, budur ədalətli imtahan? DİM dən narazılıqlar ARTIR

Budur şəffaflıq, budur ədalətli imtahan? DİM dən narazılıqlar ARTIR

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 nəfər göstərmişdi. Apellyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı. Yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı. Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi?"

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb. 

"DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir?

Maraqlıdır DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?

Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir.

Təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır", -deyə ekspert vurğulayıb.

Qeyd edək ki, builki buraxılış imtahanlarından sonra Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzinin fəaliyyətindən ciddi narazılıqlar var. 

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 May 2025 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri