Icma.az
close
up
RU
Bugünkü uşaqlar kimi böyüsəydi milyarder olmazdı Bill Qeyts

Bugünkü uşaqlar kimi böyüsəydi milyarder olmazdı Bill Qeyts

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bill Qeyts smartfonların və sosial şəbəkələrin uşaqların inkişafı üçün zərərinə eyham vurub.

Ölkə.Az xəbər verir ki, “Microsoft”un həmtəsisçisi və keçmiş baş direktoru Bill Qeyts smartfon və sosial medianın müasir uşaqların inkişafına təsirindən narahatlığını dilə gətirib. 

CNBC-nin məlumatına görə, o, müasir texnologiyanın uşaqda dərin təfəkkürün inkişafına necə mane ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Qeytsin fikrincə, smartfonlar və sosial media onun diqqətini yayındırsaydı və bugünkü uşaqlar kimi böyüsəydi milyarder olacağına əmin deyil. Onun sözlərinə görə, uşaqlıq illərində dostları ilə gəzib-dolaşması, xarici dünyanı kəşf etmələri, oxuyub saatlarla otağında dərindən düşünərək keçirdiyi vaxt ona hazırda 3,26 trilyon dollar dəyərində olan şirkət qurmağa kömək edib.

Qeyts öz auditoriyasına Nyu York Universitetinin sosial psixoloqu Conatan Haidtin "Narahat nəsil" (The Anxious Generation) kitabını tövsiyə edib. 

"Smartfonların və sosial medianın geniş yayılması gənclər arasında mövcud psixi sağlamlıq böhranına, eləcə də Z nəsli arasında təklik və depressiya səviyyəsinin artmasına əhəmiyyətli dərəcədə töhfə verir", - Qeyts bildirib.

Milyarder karyerası boyu əldə etdiyi uğurunu tez-tez oxuma vərdişi və özünü təcrid etmək bacarığı ilə əlaqələndirir. 1990-cı illərdə "Microsoft"un baş direktoru hətta böyük bir çanta kitab və texniki sənədlərlə bir kabinəyə çəkilərək bunu “Düşüncə Həftəsi” adlandırardı. Bu dövrlərdə Qeyts "davamlı konsentrasiyaya sadiq olub".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see244

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see236

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see230

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see229

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see227

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see224

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see224

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see224

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see218

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see202

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see199

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see198

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see195

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see192

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see189

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see189

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see186

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see184

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see180

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri