Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Bullinqə qarşı sivil və yaradıcı addım atıldı

Bullinqə qarşı sivil və yaradıcı addım atıldı

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fləşmob vasitəsilə uşaqlar sosial ədalət və vətəndaşlıq şüurunu gücləndirir


Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Uşaqların sağlam inkişafı – təkcə onların fiziki sağlamlığı deyil, eyni zamanda mənəvi, sosial və emosional baxımdan formalaşmaları ilə birbaşa əlaqəlidir. Bu inkişaf məktəbdə qazanılan akademik biliklərdən daha geniş bir spektri əhatə edir. Müasir pedaqoji və sosioloji yanaşmalar göstərir ki, uşaqların sosial bacarıqlarının, özünüifadə imkanlarının və vətəndaşlıq məsuliyyətinin inkişafı, onların cəmiyyətə inteqrasiyasında həlledici rol oynayır. Məhz bu baxımdan yaradıcı və sivil təşəbbüslər – o cümlədən fləşmob tipli ictimai tədbirlər – əvəzsiz tərbiyə platformasına çevrilir.


Xatırladaq ki, bu günlərdə Qazax şəhərinin mərkəzi küçələrindən birində qeyri-adi, lakin dərin mənaya sahib olan bir səhnə baş verib. Qazax şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Elm və Təhsil Nazirliyinin VIII Qrant Müsabiqəsinin qalibi olduqları “Mən qorxuya qalib gəldim” layihəsi çərçivəsində bullinqə qarşı sivil və yaradıcı fləşmob aksiyası keçiriblər. 


Tədbir sadəcə vizual baxımdan maraqlı deyil, həm də təhsil və sosiallaşma baxımından yüksək dəyərə malikdir. Aksiya çərçivəsində şagirdlər öz əlləri ilə dizayn etdikləri köynəklər, papaqlar və plakatlarla küçəyə çıxaraq maarifləndirici çağırışlar səsləndiriblər. Əllərini birləşdirərək həm mahnı oxuyan, həm də rəqs edən uşaqlar, cəmiyyətə həmrəylik və birgə mövqe nümayiş etdiriblər.

Təhlükəsizlik tədbirləri polis əməkdaşları tərəfindən təmin olunmuşdu ki, bu da uşaqların özlərini güvənli hiss etməsi və sərbəst ifadə edə bilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Layihənin rəhbəri Nailə Əfəndiyeva tədbirin mahiyyətini belə izah edib: “Uşaqlar bu aksiyada həm özlərini ifadə etdilər, həm də real həyatda sosial ədalətsizliklərə qarşı necə mübarizə aparmağın yollarını öyrəndilər. Onların psixologiyasına bu cür çıxışlar çox müsbət təsir edir”.

Onun sözlərinə görə, tədbir təkcə sosial məsuliyyət hissini aşılamaqla kifayətlənməyib, eyni zamanda uşaqlarda liderlik, təşəbbüskarlıq, ictimaiyyət qarşısında çıxış etmə və öz fikrini mədəni şəkildə bildirmə bacarıqlarını gücləndirib.

Fləşmob aksiyası həmçinin uşaqların fiziki və emosional inkişafı baxımından da mühüm rol oynayıb. Rəqs, hərəkət və ictimai performanslar uşaqlarda motor bacarıqlarının inkişafına, özünəinamın artmasına və stresin azalmasına şərait yaradır. Belə tədbirlər, xüsusilə məktəbyaşlı uşaqların emosional ifadə bacarıqlarını genişləndirir və sosial narahatlıqları aradan qaldırır.

Təlimçi Şəlalə Məhərrəmova layihə boyunca şagirdlərlə birgə çalışaraq onların təşəbbüslərinə dəstək verib və komanda işini təşviq edib. Bu, eyni zamanda müəllimlərin təkcə tədrisi deyil, həm də mentor və psixoloji dayaq rolunu oynaya bilməsinin vacibliyini bir daha göstərir. Qazax şəhəri 3 nömrəli məktəbin bu təşəbbüsü göstərir ki, təhsil prosesi sinif otaqları ilə məhdudlaşmamalıdır. Sosial təşəbbüslər – xüsusilə uşaqların ideyası və iştirakı ilə həyata keçirilənlər – onların fiziki, mənəvi, sosial və intellektual inkişafına paralel xidmət edən müasir tərbiyə metodudur. Bu cür layihələrin genişləndirilməsi uşaqlarda ictimai məsuliyyət hissinin dərinləşməsinə, empatiya və ədalət anlayışlarının inkişafına, özünəinam və təşəbbüskarlığın güclənməsinə, gələcəyin cəsarətli və sosial baxımdan fəal gənclərinin yetişməsinə zəmin yaradır. Mütəxəssislər də bu cür təşəbbüsləri uşaqlarda vətəndaşlıq şüurunun formalaşması baxımından vacib hesab edir.


Sosioloq Lalə Mehralı da “Şərq”ə açıqlamasında fləşmob kimi yaradıcı sosial tədbirlərin uşaqlara vətəndaşlıq məsuliyyətinin nə olduğunu əyani şəkildə göstərdiyini deyib. Onun sözlərinə görə, bu, uşaqların cəmiyyətin fəal üzvü kimi yetişməsi, empatiya və sosial ədalət kimi dəyərləri mənimsəməsi üçün əvəzolunmaz platformadır.


Sosioloqun fikrincə, bullinqə qarşı ictimai şəkildə çıxış edən uşaqlar passiv müşahidəçilər deyil, aktiv dəyişiklik yaradan fərdlər kimi formalaşırlar: 

“Bu layihə bir daha göstərdi ki, bullinq – yalnız məktəb divarları daxilində baş verən şəxsi məsələ deyil, bütün cəmiyyətin məsuliyyət daşıdığı sosial problemdir. Uşaqların bu problemi fləşmob vasitəsilə gündəmə gətirməsi, cəmiyyətə “sakit qalmayın, danışın, reaksiya göstərin” mesajı verməsi, onların sosial yetkinlik səviyyəsinin yüksəkliyindən xəbər verir. Fləşmob kimi yaradıcı sosial təşəbbüslər uşaqlarda vətəndaşlıq məsuliyyətinin təməlini formalaşdıran çox mühüm sosial təcrübələrdir. Belə aksiyalar vasitəsilə uşaqlar ilk dəfə olaraq cəmiyyət qarşısında məsuliyyət hissini yaşayır, ictimai mövqe nümayiş etdirməyi öyrənirlər. Bu, onların sadəcə fərd olaraq deyil, eyni zamanda bir qrupun, cəmiyyətin üzvü kimi formalaşmasında mühüm rol oynayır".


L.Mehralı qeyd edib ki, məktəbdənkənar bu cür fəaliyyətlər uşaqlara həmrəylik, empatiya və sosial ədalət duyğusunu aşılayır: 

“Uşaqlar bir problemin – məsələn, bullinqin – fərdi məsələ olmadığını, bütün cəmiyyətin reaksiya verməli olduğu sosial problem olduğunu dərk edirlər. Bu anlayış isə gələcəkdə onların daha aktiv və məsuliyyətli vətəndaş kimi yetişmələrinə zəmin yaradır.

Uşaqların bu tip təşəbbüslərdə iştirakı gələcəkdə onların ictimaiyyət qarşısında çıxış etmə, mövqe bildirmə və dinc yolla etiraz etmə kimi demokratik davranış formalarını mənimsəməsinə kömək edir. Bu isə vətəndaş cəmiyyətinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 May 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri