Icma.az
close
up
RU
“Bundan sonra böyük klublar bizi daha ciddiyə alacaqlar” Qurban Qurbanov

“Bundan sonra böyük klublar bizi daha ciddiyə alacaqlar” Qurban Qurbanov

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dəfələrlə demişəm ki, belə qalibiyyətlər bizə futbolu sevdirmək üçün böyük təkan verir. Futbolçularıma təşəkkür edirəm ki, mübariz oyun göstərdilər”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika”nı məğlub edən (3:2) “Qarabağ” bir qədər əvvəl Bakıya qayıdıb. Q.Qurbanov hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə “Benfika” ilə görüş haqda danışıb:

“İlk dəqiqələrdə bir az futbolçularda stress oldu, amma getdikcə oyunu ələ ala bildik. Bu, Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinin ilk qələbədir. Futbolçulara əlavə inam gəldi və klub olaraq daha da böyüdük. Gələcək işlərimiz çoxdur”.

Q.Qurbanov fasilədə futbolçuları ilə söhbəti ilə bağlı isə deyib: “Futbol elə bir oyundur ki, eyni motivasiya ilə davam etməlisən. Futbolçulara bunu dedim. Hansı ki, istəyimizdən geri dönməmək. Bəzən rəqib meydanda bunu etməyə bizə mane olur. Amma dünən futbolçularımda inam çox artdı. Komandadan tələb etmişdim ki, sadə epizodlarda top itkiləri olmasın. Əfsuslar olsun ki, yenə də oldu. Futbolun dili birdir. Həmişə dediyimi təkrarlayırdım”.

Q.Qurbanov bu qələbədən sonra rəqiblərin onlara qarşı daha ciddi hazırlaşacağını da əlavə edib: “Onsuz da bizə qarşı rəqiblər çox ciddi hazırlaşırlar. Bunu meydanda hiss edirik. Bundan sonra daha da ciddiyə alacaqlar. Hansı ki, böyük klublarla oynayacağıq. Bizə çox böyük problemlər yaratmağa çalışacaqlar”. 

“Bu qələbə sizdə növbəti mərhələ haqda fikir formlaşdırdımı” sualını isə Q.Qurbanov belə cavablandırıb: “Bu barədə düşünmək hələ tezdir. Ötən il Avropa Liqasında cəmi 1 qələbəmiz olsa da, digər oyunlara baxanda demək olar ki, xallarımız çox olmalı idi. Futboldur, bəzən gözləmədiyin nəticələr də olur, amma komandama həmişə deyirəm ki, istənilən oyunda geridönüş etmək olar. Bunun üçün sadəcə meydanda diqqətli olmaq lazımdır. İnanıram ki, bu qalibiyyət qarşıdakı oyunlarda da bizə əlavə inam verəcək”. 

“Qarabağ”ın çalışdırıcısı oyunda zədələnərək əvəzlənən Marko Yankoviçin durumundan da danışıb: “Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu. Yorğun olduğunda görə bir az ağrısı çox oldu”.

Q.Qurbanov oyunda qol vuran yeni transfer Kamilo Duranın çıxışını da dəyərləndirib: “Duran bizim kluba gəlməmişdən əvvəl ən az oynadığı mövqe hücum idi. Daha çox sağ vinger kimi çıxış edib. Amma o bacarıq onda var. Biz onu daim hücumda oynatmayacağıq. Amma lazım gələndə sırf hücumçu kimi çıxış edəcək. İşgüzarlığı məni tam qane etdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://qol.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri