Icma.az
close
up
RU
Bundan sonra yeni Elgizlər, Zaurlar, Xoşqədəmlər olacaqlar... VİDEO

Bundan sonra yeni Elgizlər, Zaurlar, Xoşqədəmlər olacaqlar... VİDEO

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ən çox müzakirə olunan və üzlərdə gülüş yaradan aparıcılardandır Elgiz Əkbər. Son aylarda isə müəllifi olduğu proqramdan kəsilmiş videolarla sosial şəbəkələrdə fenomenə çevrilib. Həmin epizodları dost-tanışlar mesaj olaraq bir-birinə göndərir, hərə özünü bir videoda tapır, insan az qala, ən əhvalsız anında belə o videolarla gülə bilir. “Elgiz yenə düşündüyünü dilə gətirdi” kimi xatırlanan videoların qəhrəmanı ilə görüşdük. İllərlə “Bağlama”‚ “Elgizin Cümə Axşamları”‚ “Elgizli Axşamlar”‚ “Toy Olsun”, “Adam içində”, “Günəbaxan”, “Elgizlə İzlə” kimi proqramlarla efirə çıxan Elgiz Əkbər “Qafqazinfo”ya müsahibəsində həmin görüntüləri necə qarşılamasından, sosial şəbəkələr haqda fikirlərindən, sosial veriliş aparmağın məsuliyyətindən və digər məsələlərdən danışıb:

- Sosial şəbəkələrdən aktiv istifadə edirsiniz? Aparıcısı olduğunuz verilişdən hissələr kəsərək sosial şəbəkədə paylaşırlar, qarşınıza çıxırmı? Həmin videolarda efirdəki qonaqlarla söhbətləriniz viral olur. Bu sizin üslubunuzun bir hissəsidirmi, yoxsa vəziyyətə uyğun spontan baş verir? 

- Elə bir zamana gəlib çıxmışıq ki, sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Mən də sosial şəbəkələrdə varam, gündəmi izləyirəm, insanları tanımağa, onların dünyagörünüşünü, həyata baxışını öyrənməyə çalışıram. Hətta kriteriyalarıma uyğun olanları efirə də çağırıram. Verilişimdən çıxarılan hissələr də çox çıxır qabağıma. Çoxu da konteksdən çıxarılmış şəkildə... Artıq mən öyrəncəliyəm. Necə deyərlər, taleyimlə barışmışam. Başa düşürəm ki, videolar da paylaşacaqlar, şərhlər də yazacaqlar. Təbii ki, əndazədən çıxanlarla iki vəkilim var, onlar məşğul olur. Çox vaxt əsəbiləşirəm ki, axı mən belə deməmişəm. Yaxud da, demişəm, amma nə üçün demişəm? Tutaq ki, efirə artıq çəkili bir xanım gəlib ki, əməliyyat olunsun. 18 yaşı, 200 kiloqram çəkisi var. Və bizə bu cür problemlə müraciət edən çox insanlar olur. Arasından daha çox ehtiyacı olan, aztəminatlı adamı seçməliyik ki, Allaha da xoş getsin. Bu xanım da deyir ki, yaşı azdır və ağlayır. Bu qədər kök olmasının səbəbi kimi də çox yemək yeməsini göstərir. Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir. Mən də düşünürəm ki, axı bunun hələ günorta, axşam yeməyi də var və xeyli pul edir. Atasının harada işlədiyini soruşanda deyir ki, “Atam vəfat edib, anam da süpürgəçi işləyir”. Mən də deyirəm ki, “Uy, anan ölsün”. İndi bu söhbətin əvvəli qalıb kənarda, hamı təkcə o hissəni kəsib paylaşır və yazırlar ki, “efirə arıqlamaq üçün gələn xanıma Elgiz anan ölsün dedi”. Axı belə deyil. Hərdən əsəbiləşib istəyirəm girib nəsə şərh yazım. Amma görürəm ki, verilişə tam baxan izləyicilər artıq lazım olanı yazıblar. Kəsib verilişi paylaşırsınız, izləyici toplayırsınız, yaxşı edirsiniz, halal xoşunuz olsun. Amma məni də pis vəziyyətdə qoymayın da. Axı mən insanların gözündə dəli kimi görünmək istəmirəm. Hamı mənə dəli kimi baxır. Hər aparıcının öz üslubu olur. Məndə də söz gəldisə, onu deməliyəm. Deməsəm xəstələnirəm, özümü pis hiss edirəm. O sözü deməyib xəstələnib əziyyət çəkənə qədər, qoy deyim. Bu, mənim xarakterimdir. 

- Belə məqamlar qonaqlar tərəfindən necə qarşılanır? Bununla bağlı hansı xatirəniz var?

- Açıqsözlü olmağım ola bilər, kiminsə xoşuna gəlməsin. Amma ən gözəli də odur ki, insanlar məni sevirlər, anlayırlar. Bilirlər ki, pis mənada demirəm. Əgər belə olsaydı, hər hansı biri mənə deyərdi ki, “siz niyə mənə belə deyirsiniz?” Belə hal yaşanmayıb. Canlı verilişdir, mən söz deyirəm, kiminsə də ağzını tuta bilmərəm, xoşları gəlməsə, mənim düz dediyimi anlamasalar, onlar da sözlərini deyə bilərlər. Cəmi bir dəfə inciklik olub. Onda da mən çox peşman oldum. Məndən asılı olmadan baş verdi. 

- Verlişinizdə elə müğənnilər qonaq olur ki, heç tanınmır, oxuya da bilmir. Üz mimikalarınıza baxdıqda da görə bilərik ki, bu, heç sizin özünüzə də xoş deyil. Bəs onlar verilişə niyə çıxarılır? 

- Biz özəl kanalda işləyirik. Burada kommersiya deyilən bir qurum var. İndi sənət sözü gündəmdən düşüb. Hər şey kommersiyaya bağlıdır. Oxumaq da, klip çəkdirmək də pul qazanmaq üçündür. O müğənnilər gəlib reklam olunmaq istəyir. Reklamın da yolu kassadan keçir. Amma yenə də tamaşaçılar şahiddir ki, mən öz sözümü demişəm. Bəyənmədiyim halda ən azı susaram, heç nə demərəm. O da baxa-baxa qalar. Amma mahnı səslənər, klip yayımlanar, mən də susaram. Xoşum gələndə isə gözəl-gözəl sözlərimi deyərəm. 

- Sosial verilişlər də çox tənqid edilir. Sizcə, bu tənqidlər nə qədər əsaslıdır?

- Televiziyaya məbəd kimi baxılmamalıdır. Biz sovet köynəyindən çıxmışıq, əynimizə başqa köynək geyinmişik. Amma sovet psixologiyası, sovet düşüncəsi hələ canımızda, qanımızdadır. O vaxt bir televiziya var idi. Orada da göstərirdilər ki, “sovxoz” işçiləri gəlir və kimisi yığdığı pambıqdan, kimisi də üzümdən danışırdı. Həftədə bir dəfə də qlobus fırlanırdı və dünya xəbərləri yayımlanırdı. Bu xəbərlərdə də ancaq sunamini, hər yerin dağıldığını göstərirdilər. Əyləncəli verilişlərdə də ancaq bir qrup insanlar idi ki, onlar göstərilirdilər. Təbii ki, istedadlı insanlar idilər. Amma televiziyada müstəqil heç nə yox idi. Həyatın ancaq bir üzü göstərilirdi. Lakin televiziyada həyatın hər üzü göstərilməlidir. Mən hazırda sosial veriliş aparıcısı deyiləm. Lakin düşünürəm ki, sosial verilişlərin yayımlanmasını aradan qaldırmaq olmaz. Çünki çoxlu sayda insan bu verilişlərə baxır. Bu gün biz bu verilişləri ləğv etsək, həmin tamaşaçılar oturub türk kanallarına baxacaq. Türkiyədə demək olar, hər kanalda bu kimi verilişlər var. Biz böyük bir tamaşaçı kütləsi itirəcəyik. Bu da maddi baxımdan televiziyalara ziyan vuracaq. Bu gün şirkətlər, ayrı-ayrı biznes strukturları öz reklamlarını bu verilişlərin içinə yerləşdirirlər. Bu telekanallarda 2-3 min insan çalışır və onlara hər ay maaş verilməlidir. Kanallara da pul qazandıran belə verilişlərdir. Lakin həmin proqramlarda zorakılığın, şiddətin gündəmə gətirilməsi, uşaqlara, heyvanlara qarşı təcavüz, hələ üstü açılmamış cinayət hadisələrinin detallarını açıb müzakirə etmək olmaz. Bu, istintaqın gedişatına zərbə olar. Mən qadın xəyanətlərinin ifrat dərəcədə yayımlanmasının da tərəfdarı deyiləm. Bu qaydalara riayət olunsa, yaxşı olar. Çünki bu gün baxılan verilişlər bunlardır. Türkiyədə Adnan Oktar çıxırdı efirə, kedicikləri də yığırdı. Bizdə elə veriliş olar? Heç lazım da deyil. Amma mümkün də olmaz. Yəni dediyim odur ki, Avropada da, Rusiyada da, Türkiyədə də belədir. İnsanlar da belə şeylərə maraq göstərir. İnsan həyatı həmişə tamaşaçılara maraqlı olur. Tanısa da, tanımasa da...

- Bəzi aparıcılar deyir ki, “özüm aparıcısı olsam da, sosial verilişlərə baxmıram”. Bəs siz necə, baxırsız öz verilişinizə? 

- Sevmədiyi mövzu ilə bağlı veriliş aparan insanlar bədbəxt insanlardır. Yaradıcı insanlar həssasdırlar. Əgər verilişində olan mövzulara həssas yanaşa bilməyəcəksənsə, ora gələn insanların taleyinə biganə qalacaqsansa, alınmayacaq. Deməli, bir nəfərdən soruşdular “Niyə sosial verilişi bir müddət aparıb, sonra bağladın?” Deyir “Eee efirə müraciət edən qadınlardan iy gəlir, ölürdüm iydən. Nəyimə lazımdır gəlir səviyyəsiz insanlar”. Ay balam, bir insan səni həmdəm bilir, gəlir verilişinə, nə olacaq ki?! O qədər olub ki, kimsəsiz insanlar gəlib, dərdini danışıb və onlara ailə olacaq insanlar zəng edib “gəlib, anam olsun”, “gəlib, bibim olsun” deyiblər. Onlar həyatın dibində olan insanlardır. Elə bilirlər efirə çıxan kimi problemləri həll olacaq. Arzulayıram ki, heç kimin yolu o sosial verilişlərdən keçməsin. 

- Amma bu tənqidlər sanki sizə qarşı azdır. Mövzu siz olduğunuz zaman insanların üzündə bir gülüş yaranır. Güldürməyi bacarırırsınız. Çoxu deyir ki, “Kefim olmayanda Elgiz bəyin proqramına baxıram”. Aktyor kimi özünüzü sınamaq istəmisiniz?  

- Allah həmişə üzlərini güldürsün. Aktyor kimi baş rola da çəkilmişəm. Deyilənə görə, Türkiyədə bu film ən çox baxılan Azərbaycan filmi olub. Mənim ilk işim idi. Daha öncə də bir- iki filmdə olmuşdum, amma çox kiçik şeylər. İndi də təkliflər olur, amma işim çox olduğu üçün vaxt ayıra bilmirəm. Təqaüdə çıxandan sonra bəlkə bu təklifləri dəyərləndirərəm. 

- Aparıcılardan kimi rəqib kimi görürsünüz? Ümumiyyətlə, sizinlə eyni reytinqdə olan veriliş aparıcıları ilə münasibətiniz necədir?

- Mən tıxsız balığam. Heç kimlə işim yoxdur. O qədər olub ki, efirimə çıxacaq qonaqlara zəng edərək pul təklif ediblər ki, “Elgizin verilişinə çıxmayın, bizə gəlin”. Bir qulağımdan alıb, o birindən buraxmışam. Nə o insana zəng etmişəm, nə iradımı bildirmişəm. Çünki başa düşmüşəm ki, adam daha çox qabağa getmək istəyir. Ona zəng edib nə deyəcəyəm? Durum onunla dava edim? Məni rəqib görür? Qoy, görsün. Mən kimi rəqib görürəm? Daha bu vaxtdan sonra kimi rəqib görəcəyəm ki?! Bu gün aparıcı olmaq üçün efirimə gənclər gəlir. Onlar bundan sonra yeni Elgizlər, Zaurlar, Xoşqədəmlər olacaqlar. Biz həmişə verilişlərdən tutub qalmayacağıq. Hərdən səhərlər duranda hər yerim ağrıyır. Deyirəm, daha bu il sonuncu iş ilimdir. Amma elə ki, sentyabr ayı gəlir, elə bil qaynayıram. Çünki mənim üçün həyat televiziyadır. Öz peşəmi çox sevirəm. Yeni simalar, yeni üzlər, daha gənc və dinamik gənclər lazımdır. Onlara yol vermək lazımdır. 

- Gənc xanımlara verdiyiniz suallardan biri də evli olub-olmamaları haqdadır. Evliliyə münasibətiniz necədir? 

- Uşaq anadan olandan deyirik ki, “Ayalla, o gün olsun toyunu görək”. Biz ailəyə bağlı xalqıq. Mən belə hesab edirəm ki, insanlar vaxtında evlənməlidir. İstər qız olsun, istərsə də oğlan. Bunu təbliğ etmək lazımdır. Çoxumuz bunu bilmirik. Mən özüm də gec evlənmişəm və çox böyük səhv etmişəm. Həyatımın ən böyük səhvini etmişəm. Bu gün mağazaya gedirəm insanlar yaxınlaşıb soruşurlar ki, “Nəvənizdir?” mən də qalıram nə deyim, deyirəm ki, “Hə”. Xanımlar üçün ideal evlilik yaşı ən geci 27-28-dir. O yaşdan sonra qadınlar evlənmək istəmirlər. Kişilər üçün isə ən geci 32-dir. Ömür də vəfa etmir. Ona görə də hər məsələnin öz vaxtı var. 

- Bir müddət əvvəl qızınızın şəklini paylaşmışdınız. Amma ailə ilə fotolarınızı çox da yerləşdirmirsiniz. 

- Mən buna çox da meyilli deyiləm. Şəkillərimiz var sosialda da. Qızım Lalənin şəkillərini hərdən paylaşıram. İnsanlar var ki, istəyirlər onun xoşbəxt ailəsinin olduğunu hamı bilsin. Ailəsi, uşaqları ilə arasındakı səmimiyyətin nə qədər gözəl olduğunu hər kəs görsün. Elə bir zamana gəlib çatmışıq ki, kiməsə bunu səhv tutsan, deyəcək “sən kimsən ki?!” Hərə öz ailəsinə, öz yaşam tərzinə cavabdehdir. Mənim heç qızım da çox meyilli deyil. Bir dəfə qızım mənim ad günümdə gəldi şeir dedi, dedim ki, “sabah efirə də gəl, atanı orada da təbrik et”. Baxdı, amma heç nə demədi. Sonra anasına deyib ki, “atama heç nə demədim, amma mən getmək istəmirəm”. Onunla da bitdi. Uşaq özü istəmir, mən onu necə məcbur edə bilərəm?! Elə etsəm, o gələcək studiyaya və xalqın gözü tərəzidir, hamı baxıb görəcək ki, mən uşağı məcbur çıxarmışam. Qızım kardioloq olmaq istəyir.

- İşləriniz çox, qrafikiniz dolu olur. Özünüzə necə vaxt ayırırsınız? Boş vaxtlarda adətən nə edirsiniz?

- 6 gün işləyirəm. Bazar günü də axtarışdayam. Proqramda qonaq olacaq şəxslərlə görüşlərim olur. Belə baxanda boş günüm yoxdur. Amma buna da şükür edirəm. Çünki insanın başına nə gəlirsə, elə bekarçılıqdan gəlir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə ən zəhərli ilanlardan biri görüntüləndi

28 May 2025 06:42see222

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see159

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

28 May 2025 09:40see131

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see130

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see124

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see122

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see117

Fransadan sonra sıra Azərbaycandadır? Yaxın gələcəkdə...

28 May 2025 07:33see117

Avtomobilləri isti mövsümə necə hazırlamalı? Ekspertlərdən vacib xəbərdarlıqlar

28 May 2025 06:21see116

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see116

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see115

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see115

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see113

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see113

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see112

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see112

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see112

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri