Bundesliqa: Suzuki “Verder”i təkbaşına çökdürdü
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Frayburq” futbol komandası Almaniya Bundesliqasının yeni mövsümünə böyükhesablı qələbə ilə başlayıb.
İdman.Biz xəbər verir ki, komanda birinci turda doğma meydanda “Verder”i 4:1 hesabı ilə məğlub edib.
Matçın əsas qəhrəmanı Yuito Suzuki olub. O, 29-cu dəqiqədə hesabı açıb, fasilədən dərhal sonra - 48-ci dəqiqədə ikinci qolunu vurub. Yaponiyalı futbolçu 55-ci dəqiqədə yenidən fərqlənərək het-trikini rəsmiləşdirib.
“Frayburq”un digər qolunu birinci hissənin sonlarında İqor Matanoviç vurub.
“Verder”in yeganə qoluna isə 76-cı dəqiqədə Dariusz Stalmach imza atıb.
Beləliklə, “Frayburq” Bundesliqada yeni mövsümə üç xalla başlayıb.
Bu mövzuda digər xəbərlər:Bundesliqa: “Auqsburq” “Verder”i üstələyib
19 Yanvar 2025 22:56
Bundesliqa: Bavariya Verder i məğlub etdi
08 Fevral 2025 01:48
Bundesliqa: “Verder”dən inamlı qələbə
06 Aprel 2025 00:21
Bundesliqa: “Verder”dən minimalhesablı qələbə
01 Fevral 2025 01:36
Bundesliqa: Verder son dəqiqələrdə sevindi
08 Noyabr 2025 01:41
Baxış sayı:45
Bu xəbər 30 Avqust 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















