Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

“Bunları səhərə qədər danışmaq olar, amma nə fayda?” (MÜSAHİBƏ)

“Bunları səhərə qədər danışmaq olar, amma nə fayda?” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyevin “Futbolpress.az” saytına müsahibəsi:

– Azərbaycan futbolunun indiki durumunu necə təsvir edərdiniz?
– Bunu danışmaq üçün saatlar lazımdır. Bir onu deyə bilərəm ki, futbolumuzun bugünkü gününə baxanda gələcəkdə daha ağır günlər bizi gözləyir…

– Bölgədə federasiya rəhbərisiniz. Siz inkişaf üçün hansı işlər görürsünüz?
– Regionda görmək istədiyimiz şeylər çoxdur. Lakin bizim hansısa səlahiyyətimiz yoxdur.

– Bəs qurumun işi nədir?
– AFFA-nın təşkilatçılığı ilə bölgələrdə keçirilən yarışlara nəzarət edirik. Ancaq çempionatlarla bağlı hansısa qərar vermək ixtiyarında deyilik. Komandaların turnirlərdə iştiraklarına nəzarət edirik.

– Yeni qəbul edilən İnkişaf Strategiyasında bölgə futbolunun inkişafı üçün xüsusi bəndlər var…
– Bəli, strategiyanı oxumuşam, həqiqətən, inkişaf üçün çox yaxşı planlar var. Lakin məsələ kağız üzərində qalmalı deyil, işlər görülməlidir. Bunları həyata keçirə bilsək, ciddi inkişaf görə bilərik. Bildiyim qədəriylə, artıq işlərə başlanılır. İlk növbədə futboldan danışan yox, onu bilən mütəxəssislər işlərə cəlb olunmalıdır. Hə, ciddi işlər görülsə, inkişafa nail olmaq olar.

– Futbolun inkişafı təməldən başlamalıdır. Azərbaycanda isə ən ciddi problemlər uşaq futbolundadır.
– Uşaq futbolunda həqiqətən, böyük, ağır problemlər var. Bunu yalnız işin içində olan daha dəqiq bilərlər. İnanın, indi bəzi elə stadionlar var ki, orda futbol oynamaq düz deyil, amma uşaqlar məşqlər keçir. Bu məsələdə çox ciddi problemlər var. Uşaqlar 14, 15 yaşda elə zədələr alır ki, deyirsən, bu necə ola bilər? Bəzən baxırsan uşaqların geyim dəsti yoxdur. Bu, uşaq futbolunda ciddi maliyyə tələb etmir. Amma inventar yaxşı səviyyədə deyil. Bəzən top, bəzən içməyə su tapılmır. O qədər problemlər var ki… Bunları səhərə qədər danışmaq olar, amma nə fayda? Bəzən istəyirsən, danışmayasan, amma olmur. Uşaq futboluna ciddi nəzarət lazımdır…

– Bölgələrdə vəziyyət necədir? AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda hansı çatışmazlıqlar var? 
– Biz Qərb regionuyuq. Belə deyim, U-14 Liqasında burda 6 komanda mübarizə aparır. Onlardan cəmi 2-si Respublika yarışına vəsiqə qazanır. Bəs digər 4 komanda, ordakı futbolçular nə edir? Bir il gözləyir ki, çempionat başlasın, yenidən oynasın. Bu məqamda bəlkə də, nə qədər uşaq futbolu atır. Yarışlarda reqlamentlərlə bağlı çatışmazlıqlar var. Çünki 6 komandanın 2-sinin oynaması, 4-nün kənarda qalması uşaq futbolu üçün yaxşı deyil.

– Klublar da indiki məqamda əsas komandanı düşünür, nəticələrə köklənir. Akademiyalarda vəziyyət yaxşı deyil.
– Əvvəl “Qəbələ”, indi “Sabah”a baxırsan ki, canlanma var. Komandaları beynəlxalq turnirlərə yollanırlar. Bu, çox müsbət haldır. Bütün klublar bunu etməlidir. Aşağı yaş qruplarında milli komandaların oyunçularının əksəri məhz “Sabah”ın üzvləridir. Niyə? Çünki onların beynəlxalq oyun təcrübəsi var.

– Beynəlxaq turnir bir yana, heç əsas komanda üçün futbolçu yetişmir. Problem nədir bəs?
– İndi klubların demək olar, hər bir şəraiti var. Bizim dövrümüzdə nə şərait var idi, nə yaxşı maliyyə. Amma futbolçu yetişirdi. Komandalara baxırdın, yerli oyunçular arasında ciddi rəqabət olurdu. Bu da birbaşa futbolumuza müsbət təsirlər edirdi. Mən baş məşqçi deyiləm, olmaq da fikrim yoxdur. İndi mən hansısa klubda gedim nə üçün işləyim? Bu işi daha yaxşı bilən, kateqoriyası olanlar var, kənarda qalıblar. Bizim dövrümüzdə kurslar yox idi, bəs nətər olurdu ki, məşqçilər çıxır, yaxşı oyunçular yetişirdi? Əvvəllər futbol sevgisi, oynamaq arzusu, rəqabət aparmaq, önə çıxmaq istəyi var idi. İndi hər bir şərait var, amma nə oyunçu yetişir, nə bir şey…

– Yerlilərin rəqabəti bir yana, legioner limitinin ləğvindən sonra çox azərbaycanlı futbolçu kənarda qalır…
– Limitin ləğvi futbolumuza faydalı deyil. Qərar qəbul ediləndə də xeyirli olacağına inanmamışdım. “İmişli” – “Sabah” oyununa baxdım, “İmişli”nin əsas heyətində cəmi bir azərbaycanlı var idi… Bu, problemdir. Hər klub legionerə üstünlük verir. Yerlilərin kənarda qalması da birbaşa milli komandaya təsirini göstərir.

– Lakin bəzi klub məşqçiləri limitin ləğvinin ölkə futbolunun inkişafına, çempionatın səviyyəsinin artmasına səbəb olacağını deyir…
– Baxın, hansı komanda keyfiyyətli legionerlər gətirir? Neçə misal çəkmək olar? “Kəpəz” mövsüm yarılamamış artıq legionerləri göndərməyə başlayıb. İnanın, qış transfer dönəmində yenə nə qədər əcnəbi gedəcək, yeniləri gələcək. Keyfiyyətsiz, səviyyəsi aşağı olanları gətirməkdə maraq nədir? Millinin baş məşqçisi Ayxan Abbasov qınanır ki, niyə oynamayan oyunçunu dəvət edirsən. Bəs nə etsin? Seçim var? Olanlarımız elə onlardır axı. Bizim dövrümüzdə millinin baş məşqçiləri heyətə kimi çağırım deyə nə qədər düşünürdülər, seçim çox idi. Amma indi əksidir.

– Bəs bu limit mövzusu necə tənzimlənməlidir? 
– Bir neçə il əvvəl U-21 limitinin ləğvindən sonra nələr oldu? Görün nə qədər oyunçu futbolu atmaq məcburiyyətində qaldı. Aşağı liqalarda oynamaq istəməyən uşaqlar futboldan getdi. Bu, faydalı idi? İndi də legioner limiti ləğv edilib, yerlilər kənarda qalıb. Limiti belə ləğv etmək olardı ki, klublara bildirəsən,deyəsən ki, 2 ildən sonra limit ləğv ediləcək, oyunçu yetişdirin. Və ya akademiyadan qalxan oyunçu ilə bağlı qayda tətbiq edin. Artıq klub da oyunçu yetişdirməkdə maraqlı ola bilərdi. Amma indiki məqamda limitin ləğvinin hansısa faydası yoxdur.

– Deyirsiz, Premyer Liqada da səviyyə baxımından artım yoxdur?
– Komanda sayının artması yaxşıdır. Çoxdandır, istəyirdik. Hətta daha çox olsun, amma… Buna hazırıqmı? Baxın, klublar öz stadionlarında oynamır. İnfrastruktur yaxşı vəziyyətdə deyil. Gərək hazır olaq ki, sonra kəmiyyəti də artıraq, keyfiyyəti də.

– Azərbaycan futbolunun bu problemlər fonunda gələcəyi necə görünür?
– Bilmirəm… planlar var, strategiyada çox yaxşı işlər nəzərdə tutulub. Xüsusilə regionlarda futbola marağın artırılması, kütləviləşməsi barədə planlar var. Ancaq iş bunu həyata keçirməkdir. Təcrübəli, Azərbaycan futbolunu yaxşı bilənlər bu işə cəlb olunmalıdır, prosesə ciddi nəzarət edilməlidir. Hə, bunlar olarsa, hansısa inkişafa ümid etmək olar. Yoxsa indiki məqamda axsaq inkişaf gedəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Dekabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri