Icma.az
close
up
RU
Bunu etsəniz, 5 il daha çox yaşaya bilərsiniz

Bunu etsəniz, 5 il daha çox yaşaya bilərsiniz

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Əgər bütün amerikalılar idmanla əzmlə məşğul olan həmvətənləri kimi aktiv olsaydılar, ömürlərini orta hesabla 5 il uzada bilərdilər. Yeni araşdırmanın müəllifləri bu nəticəyə gəliblər.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, müntəzəm idmanla məşğul olan insanlarda ürək xəstəlikləri, şəkərli diabet, depressiya, demensiya və bir sıra digər sağlamlıq problemləri riskinin daha az olması hər kəsə məlumdur.

Lakin “British Journal of Sports Medicine” jurnalında dərc edilən yeni təhlil fiziki fəaliyyətin uzunömürlülükdəki rolunu və əhalinin ən çox və ən az aktiv qrupları arasında fərqlərin nə qədər böyük olduğunu üzə çıxarıb.

Tədqiqat çərçivəsində alimlər 2003-2006-cı illər arasında 40 və daha yuxarı yaşlı amerikalı böyükləri fiziki aktivlik səviyyəsinə görə dörd qrupa ayırıb bir neçə il ərzində onların sağlamlığını izləyiblər.

Bu dövrdə ən aktiv insanların hər hansı səbəbdən ölmək ehtimalı ən az aktiv olanlara nisbətən 73 faiz az olub.

“Ölüm riskini yarıdan çox azaltmaq üçün yeganə edə biləcəyiniz – böyük gücə malik olan fiziki fəaliyyətdir”, – deyə tədqiqatın aparıcı müəllifi və Avstraliyadakı Qriffit Universitetinin ictimai səhiyyə üzrə professoru Lennert Veerman bildirib.

Ən aktiv yetkinlər gündə iki saat 40 dəqiqə yeriməyə bərabər səviyyədə məşq edirdilər. Onlara yetişmək üçün ən az aktiv olan yetkinlər gündəlik rejiminə təxminən iki saat gəzinti əlavə etməli olacaqlar.

Lakin onlar bunu etsələr, orta hesabla 10,9 il daha çox yaşaya biləcəklər, bunu hesablamalar göstərir. Ən aktiv yetkinlər üçün bu, hər saat gəzinti əlavə 6,3 saat həyat deməkdir.

Veerman deyir ki, bir saatlıq gəzinti məşqindən “maksimum faydalanan” ən aktiv yetkinlər üçün çox da ciddi fərq olmayacaq.

Fiziki fəaliyyət səviyyəsinin artırılması ABŞ-da orta ömür müddətini 2017-ci ildəki 78,6 il ilə müqayisədə 83,7 yaşa qədər artırmağa imkan verərdi.

Tədqiqatçıların sözlərinə görə, əldə edilən nəticələr idmanın sağlamlıq üçün əhəmiyyətini vurğulayır. Bu amili yaşayış məntəqələrinin layihələndirilməsində nəzərə almaq lazımdır.

Veerman əmindir ki, şəhərləri gəzinti və velosiped sürmək üçün daha əlverişli hala gətirməklə, “biz nəinki ömrün uzunluğunu artıra, həm də səhiyyə sistemləri və ətraf mühitə olan yükü azalda bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri